Tenqri
Ana Səhifə
Dünya

FAO: Azərbaycanda dayanıqlı və inklüziv iqtisadi artımı gücləndirmək üçün islahatlar keçirilir

Bugünkü müzakirələr həm qlobal, həm də Azərbaycanda çox mühüm bir dövrdə keçirilir. Qlobal miqyasda biz Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün maliyyə boşluğunun genişlənməsi, rəsmi inkişaf yardımının azalması və dövlət büdcələrinə artan təzyiqlərlə üzləşirik "APA-Economics" xəbər verir ki

0 baxışapa.az
FAO: Azərbaycanda dayanıqlı və inklüziv iqtisadi artımı gücləndirmək üçün islahatlar keçirilir
Paylaş:

Bugünkü müzakirələr həm qlobal, həm də Azərbaycanda çox mühüm bir dövrdə keçirilir. Qlobal miqyasda biz Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün maliyyə boşluğunun genişlənməsi, rəsmi inkişaf yardımının azalması və dövlət büdcələrinə artan təzyiqlərlə üzləşirik "APA-Economics" xəbər verir ki, bunu BMT FAO-nun Azərbaycandakı nümayəndəsi, Əlaqələndirmə ofisinin rəhbəri Nəsar Həyat Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində “8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu: Dayanıqlı inkişaf üçün innovativ maliyyələşmə – yardım və ənənəvi Rəsmi İnkişaf Yardımının (ODA) hüdudlarından kənarda” mövzusunda təşkil olunan sessiyada bildirib Onun sözlərinə görə, bir çox inkişaf etməkdə olan ölkələr, xüsusilə orta gəlirli ölkələr, əlverişli və güzəştli maliyyəyə çıxışda getdikcə daha çox çətinlik yaşayırlar: "Bu reallıq ötən il Sevilyada keçirilən Dördüncü Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Konfransında da güclü şəkildə təsdiqləndi. Orada beynəlxalq ictimaiyyət 4 trilyon ABŞ dolları həcmində illik SDG maliyyə boşluğunun aradan qaldırılması, borc risklərinin azaldılması və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına daha uyğun beynəlxalq maliyyə arxitekturasının yaradılması üçün yeni “Sevilya Razılaşması” qəbul etdi" "Azərbaycanda isə biz ümidverici irəliləyişlər görürük. Dayanıqlı və inklüziv iqtisadi artımı gücləndirmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir. Ölkə 2023–2026-cı illəri əhatə edən Dayanıqlı Maliyyə Yol Xəritəsinin icrasında və Milli Yaşıl Taksonomiyanın hazırlanmasında mühüm addımlar atmışdır. Bu isə maliyyə axınlarının ekoloji və sosial prioritetlərlə uyğunlaşdırılması üçün möhkəm baza yaradır" - deyə o qeyd edib

Kaynak: apa.az

Diğer Haberler