Tenqri
Ana Səhifə
Dünya

Çexiyanın nəqliyyat naziri: Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna verdiyi töhfə böyükdür VİDEO

Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna (ITF) sədrlik edən ölkə kimi gördüyü işlər olduqca əhəmiyyətlidir. Çünki Azərbaycanın fəallığı olmasaydı, biz bu tədbiri bu səviyyədə təşkil edə bilməzdik AZƏRTAC xəbər verir ki, bu fikirləri Çexiyanın nəqliyyat naziri İvan Bednarik Azərbaycan mediasına mü

0 baxışazertag.az
Çexiyanın nəqliyyat naziri: Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna verdiyi töhfə böyükdür VİDEO
Paylaş:

Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna (ITF) sədrlik edən ölkə kimi gördüyü işlər olduqca əhəmiyyətlidir. Çünki Azərbaycanın fəallığı olmasaydı, biz bu tədbiri bu səviyyədə təşkil edə bilməzdik AZƏRTAC xəbər verir ki, bu fikirləri Çexiyanın nəqliyyat naziri İvan Bednarik Azərbaycan mediasına müsahibəsində bildirib Çexiyanın bu Sammitdə ITF-ə sədrliyi Azərbaycandan təhvil alacağını vurğulayan nazir deyib: “Hesab edirəm ki, biz bu fəaliyyəti eyni xətt üzrə davam etdirəcəyik. Bu, bütün üzvlər üçün əhəmiyyətlidir, çünki liderlik olmadan irəliləyiş mümkün deyil. Azərbaycan və Çexiya kimi fəal üzvlər ITF-in durğunluq yaşamamasına kömək edir. Azərbaycanın təşkilata, onun təqdimatına və bütün proseslərə verdiyi töhfə həqiqətən böyükdür. Azərbaycanın stendi görülən mühüm işi əks etdirir” Azərbaycan ilə Çexiya arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı istiqamətində görülən işlərdən danışan nazir qeyd edib ki, ötən həftə Çexiyanın Baş naziri və Azərbaycan Prezidenti bu əməkdaşlıq üçün qapıları açdılar: “İndi isə mən və nazir Rəşad Nəbiyev Çexiya ilə Azərbaycan, Praqa ilə Bakı arasında birbaşa bağlantı məsələlərini müzakirə edərək yekunlaşdıracağıq. Hesab edirəm ki, hər iki ölkənin sənayesi qarşılıqlı investisiyalar, infrastruktur, nəqliyyat əlaqələri və yükdaşımalar sahəsində sıx əməkdaşlıq edə bilər. Bu məqamlar hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir. Əlbəttə ki, rəqəmsallaşma və mobillik artıq təkcə dəmir yolu və aviasiya üçün deyil, ümumilikdə nəqliyyat və sənaye üçün getdikcə daha böyük önəm daşıyır. Çexiya dəmir yolları sahəsində, məsələn, müasir vaqonlar, lokomotivlər, qatarlar və metro sistemləri üzrə böyük təcrübəyə malikdir. Sizin ölkəniz isə rəqəmsallaşma sahəsində ciddi işlər görüb. Məhz bu səbəbdən inanıram ki, biz uğur qazanacağıq. Bu imkanı yaratdıqları üçün Çexiyanın Baş nazirinə və Azərbaycan Prezidentinə təşəkkür edirəm. İndi biz nazirlər ölkələrimizin və xalqlarımızın uğuru naminə bu işi davam etdirəcəyik” Orta Dəhliz və İpək Yolu kimi beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşən ölkələrimizin bu sahədəki potensialına da toxunan İvan Bednarik deyib: “Çox şadıq ki, bu istiqamətdə yeni qapılar açdıq. Çünki Azərbaycan Mərkəzi Asiya regionunda bizim üçün çox mühüm ölkədir, eyni qaydada biz də Mərkəzi Avropada Azərbaycan üçün önəmliyik. Bu coğrafi mövqe olduqca mühümdür və biz bundan istifadə etməli, xalqlarımız üçün fayda yaratmalıyıq” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler