Çexiyada dizelin qiyməti son dörd ilin ən yüksək səviyyəsinə çatıb
Çexiyada dizel yanacağının qiyməti son dörd ilin ən yüksək səviyyəsinə çatıb AZƏRTAC xəbər verir ki, bu barədə CTK xəbər agentliyi məlumat yayıb. Ölkədəki yanacaqdoldurma məntəqələrində bir litr dizel yanacağının orta qiyməti 48,39 kron (təxminən 2 avro) təşkil edir. Benzinin qiyməti də son 3,5 ild

Çexiyada dizel yanacağının qiyməti son dörd ilin ən yüksək səviyyəsinə çatıb AZƏRTAC xəbər verir ki, bu barədə CTK xəbər agentliyi məlumat yayıb. Ölkədəki yanacaqdoldurma məntəqələrində bir litr dizel yanacağının orta qiyməti 48,39 kron (təxminən 2 avro) təşkil edir. Benzinin qiyməti də son 3,5 ildə ən yüksək səviyyəyə çatıb Çexiya hökuməti artan yanacaq qiymətlərinin qarşısını almaq üçün pərakəndə satış şirkətlərinin mənfəət həddini məhdudlaşdırmaq və dizel yanacağına tətbiq olunan aksiz vergisini azaltmaq qərarı verib. Bundan əlavə, Çexiya Maliyyə Nazirliyi ölkə daxilində yanacaqdoldurma məntəqələrində yanacağın gündəlik maksimum qiymətlərini müəyyən edəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


