Tenqri
Ana Səhifə
Dünya

Avropa İttifaqı Ermənistana 50 milyon avro yardım edəcək

Avropa İttifaqı Ermənistana maliyyə yardımı məsələsini müzakirə edir. Onun ilkin məbləği 50 milyon avro olacaq. Bu barədə “Reuters” Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə istinadən məlumat yayıb Onun sözlərinə görə, buna Rusiyanın İrəvana qarşı ticarət sanksiyaları səbəb olub. Sədr qeyd

0 baxışazattyk.org
Avropa İttifaqı Ermənistana 50 milyon avro yardım edəcək
Paylaş:

Avropa İttifaqı Ermənistana maliyyə yardımı məsələsini müzakirə edir. Onun ilkin məbləği 50 milyon avro olacaq. Bu barədə “Reuters” Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə istinadən məlumat yayıb Onun sözlərinə görə, buna Rusiyanın İrəvana qarşı ticarət sanksiyaları səbəb olub. Sədr qeyd edib ki, bu cür iqtisadi təzyiqlər yolverilməzdir Von der Leyen bildirib ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyanla danışıb "Moskva Ermənistan məhsullarına ixrac məhdudiyyətlərini genişləndirməklə iqtisadi əlaqələrdən siyasi təzyiq aləti kimi istifadə edir. Biz bu taktikanı yaxşı bilirik. Ona görə də Avropa Ermənistanı güclü şəkildə dəstəkləyir. Biz Avropa İttifaqından yardım paketi hazırlayırıq", - sədr bildirib İrəvanın Avropa İttifaqı ilə yaxınlaşmasından narazı qalan Rusiya bu ölkədən bir sıra məhsulların idxalına qadağa qoyub və ya məhdudlaşdırıb Buna cavab olaraq Paşinyan bildirib ki, İrəvan Rusiyanın qadağan etdiyi malları Avropa Birliyinə satacaq İyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi Rusiyanın Ermənistana təzyiqləri güclənib

Kaynak: azattyk.org

Diğer Haberler