Avropa Parlamenti ABŞ-la ticarət sazişini təsdiqləyib
Avropa Parlamenti tərəflərin 2025-ci il avqust tarixli birgə bəyanatına əsasən ABŞ-la gömrük rüsumlarına dair iki qanun layihəsini təsdiqləyib Hər iki təşəbbüsə 440-a yaxın deputat səs verib. Təxminən 150 deputat bunun əleyhinə çıxış edib, 50-yə yaxın deputat isə bitərəf qalıb. Əsas qanun layihəsi

Avropa Parlamenti tərəflərin 2025-ci il avqust tarixli birgə bəyanatına əsasən ABŞ-la gömrük rüsumlarına dair iki qanun layihəsini təsdiqləyib Hər iki təşəbbüsə 440-a yaxın deputat səs verib. Təxminən 150 deputat bunun əleyhinə çıxış edib, 50-yə yaxın deputat isə bitərəf qalıb. Əsas qanun layihəsi ABŞ istehsalı olan bütün mallara rüsumları ləğv edir və həmçinin ABŞ-ın dəniz və kənd təsərrüfatı məhsullarına güzəştli giriş imkanı verir. İkinci təşəbbüs Amerika lobsterlərinin Aİ-yə rüsumsuz idxalını genişləndirir Layihələrə uzadılması mümkünlüyü ilə 31 dekabr 2029-cu il tarixində üstünlük müddətinin başa çatması haqqında bənd daxildir. Bundan əlavə, qanun layihələri Birləşmiş Ştatlar ilin sonuna qədər Aİ-dən gələn polad və alüminium məhsullarına 15%-dən çox rüsum tətbiq etməyi dayandırmasa, güzəştləri dayandırmaq imkanı verir Parlamentin beynəlxalq ticarət komitəsinin rəhbəri Bernd Lanq qeyd edib ki, Aİ-nin birgə bəyanatında əksini tapan öhdəliklərin qanuna çevrilməsi Brüsselə Vaşinqtonun razılaşmanın bir hissəsini yerinə yetirmədiyi təqdirdə reaksiya vermək imkanı yaradır Aİ və Vaşinqton arasında 2025-ci ilin iyulunda ticarət razılaşması əldə olunub. Razılaşmanın şərtlərinə görə, ABŞ-a göndərilən Avropa mallarına 15 faizlik gömrük rüsumu tətbiq olunacaq


