Tenqri
Ana Səhifə
Dünya

Avropa Putini masa arxasına çəkmək istəyir

Avropalı müttəfiqlər Kiyevlə birlikdə Rusiyanı sülh danışıqlarına cəlb etmək üçün strategiya hazırlayır. Təşəbbüs döyüş meydanında dinamikanın Ukraynanın xeyrinə dəyişdirilməsi ilə bağlıdır Bloomberg-in məlumatına görə, hər iki tərəfin iştirakı ilə danışıqların aparılması mümkünlüyü Avropanın üç ən

0 baxışhaqqin.az
Avropa Putini masa arxasına çəkmək istəyir
Paylaş:

Avropalı müttəfiqlər Kiyevlə birlikdə Rusiyanı sülh danışıqlarına cəlb etmək üçün strategiya hazırlayır. Təşəbbüs döyüş meydanında dinamikanın Ukraynanın xeyrinə dəyişdirilməsi ilə bağlıdır Bloomberg-in məlumatına görə, hər iki tərəfin iştirakı ilə danışıqların aparılması mümkünlüyü Avropanın üç ən böyük iqtisadiyyatının - Almaniya, Fransa və Böyük Britaniyanın rəsmiləri tərəfindən müzakirə olunur. Onlar artıq ukraynalı həmkarları ilə müvafiq məsləhətləşmələr aparıblar Avropa liderləri Rusiya prezidenti Vladimir Putini danışıqlar masasına gətirmək üçün fürsət pəncərəsi görürlər, mənbələr deyirlər. Buna bir neçə amil, xüsusən də ABŞ-ın rəhbərlik etdiyi danışıqların indiyədək dalana dirənməsi və Rusiya qoşunlarının döyüş meydanında artan itkilər verməsi kömək edir Bundan əlavə, Ukrayna uğur nümayiş etdirir, Rusiya ərazisinin dərinliklərinə effektiv pilotsuz təyyarə zərbələri endirir və Moskvanın özündə də ən yüksək səviyyədə müharibədən ilk narazılıq əlamətləri görünür

Kaynak: haqqin.az

Diğer Haberler