Bakıda WUF13 çərçivəsində "Erkən xəbərdarlıq və iqlimə davamlı şəhərlər" mövzusunda tədbir başa çatıb (FOTO)
BAKI, Azərbaycan, 19 may. Bakıda keçirilən Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində "Erkən xəbərdarlıq və iqlimə davamlı şəhərlər" mövzusunda tədbir keçirilib Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, iqlim böhranı, iqlim
BAKI, Azərbaycan, 19 may. Bakıda keçirilən Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində "Erkən xəbərdarlıq və iqlimə davamlı şəhərlər" mövzusunda tədbir keçirilib Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, iqlim böhranı, iqlim dəyişikliyi və biomüxtəlifliyin itirilməsi şəhərlərin və icmaların davamlı inkişafı və davamlılığı üçün yeni sistemin yaradılmasını vacib edir Onun sözlərinə görə, bir çox şəhərlərdə iqlim dəyişikliyi ekosistemləri yaşayış, müşahidə və davamlılıq üçün uyğun qurulmayıb. Azərbaycan da müxtəlif ekoloji problemlərlə və iqlimlə bağlı təhlükələrlə üzləşib. Şəhərlərdə iqlim dəyişikliyi ilə bağlı risklərə və fəlakətlərə qarşı dayanıqlı binaların və infrastrukturun qurulması çox vacibdir Azərbaycan Respublikası Prezidentinin İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayev çıxışında qeyd edib ki, iqlimə davamlı şəhərlər şəhərsalmanın əsas elementi olmalıdır: "Bu proses vahid və əlaqələndirilmiş yanaşma tələb edir. Heç bir ölkə bu çağırışların öhdəsindən təkbaşına gələ bilməz və Azərbaycan bu istiqamətdə dialoqa və beynəlxalq əməkdaşlığa fəal töhfə verir" Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova iqlim dəyişikliyinə, dayanıqlı şəhərlərin formalaşmasına, həssas insanların müdafiəsinə diqqət çəkərək, bu prosesdə qadın və uşaqların təhlükəsizliyini xüsusi vurğulamışdır Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci müavini Xəyyam Məmmədov ölkənin iqlim dəyişikliyi ilə mübarizə sahəsində qlobal proqramlara verdiyi dəstəkdən danışıb: "COP29-da bu istiqamətdə mühüm təşəbbüslər irəli sürülüb. Özəl şirkətlər və dövlət bu sahədə birgə əməkdaşlıq edir. Mühəndislik texnologiyalarını bir araya gətirməklə, avtomatlaşdırılmış müşahidə və monitorinq sistemi formalaşdırılır" Fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov bildirib ki, əhalinin maarifləndirilməsi, fəlakət riskinin planlaşdırılması və yerli səviyyədə həyata keçirilməsi, o cümlədən rabitə sistemlərinin təşkili mühüm əhəmiyyət kəsb edir 2014-2019-cu illərdə Miqrasiya, Daxili İşlər və Vətəndaşlıq üzrə Avropa Komissarı Dimitris Avramopulos çıxışında qeyd etdi ki, erkən xəbərdarlıq sistemləri və iqlimə davamlılıq məsələləri birlikdə nəzərdən keçirilməlidir: "Şəhər siyasətində dayanıqlılığın inkişafı, infrastrukturun gücləndirilməsi, şəhərlərlə təbiət arasında tarazlığın qorunması mühüm əhəmiyyət kəsb edir. Yaşıl dəhlizlər, dayanıqlı su sistemləri və karbon emissiyalarının azaldılması əsas istiqamətlərdir. Elmə əsaslanan siyasətlər həyata keçirilməli, uzunmüddətli beynəlxalq əməkdaşlıq gücləndirilməlidir" Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova qlobal temperaturun yüksəlməsi, quraqlıq dinamikası, şirin su ehtiyatlarının azalması və digər ekstremal hidrometeoroloji hadisələrin Azərbaycan üçün yaratdığı yeni risklərə diqqət çəkib. O qeyd edib ki, kənd təsərrüfatı sektoru bu təhlükələrə ən həssas sahədir. Kənd təsərrüfatı birbaşa iqlim faktorlarından asılı olduğundan və ölkənin makroiqtisadi sabitliyini və ərzaq təhlükəsizliyini təmin edən strateji sahə olduğundan, bu istiqamətdə dayanıqlığın artırılması prioritet vəzifədir Tədbir panel müzakirəsi ilə davam edib Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının üçüncü günü davam edir Birinci gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, işgüzar sessiyalar və şəhərin rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi də olub Forumun ikinci günü tarixdə ilk dəfə keçirilən Liderlər Zirvəsi ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərin davamlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda WUF13 çərçivəsində Mexiko pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib 182 ölkədən 40 000-dən çox qeydiyyatdan keçmiş iştirakçını cəlb edən WUF13 mayın 22-dək davam edəcək. “Dünyada mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən forum qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir. davamlı şəhər inkişafı sahəsi


