Tenqri
Ana Səhifə
Dünya

Aİ Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini davam etdirəcək - səfir

BAKI, Azərbaycan, 14 may. Aİ Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstəyini davam etdirəcək, Trend -in məlumatına görə, bu barədə Bakıda Avropa İttifaqının səfiri Mariyana Kujundziç bildirib "Avropanı müdafiə etmək həm də sərhədlərimizdən kənarda sülhü, sabitliyi və beynəlxalq hüququ d

0 baxıştrend.az
Aİ Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini davam etdirəcək - səfir
Paylaş:

BAKI, Azərbaycan, 14 may. Aİ Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstəyini davam etdirəcək, Trend -in məlumatına görə, bu barədə Bakıda Avropa İttifaqının səfiri Mariyana Kujundziç bildirib "Avropanı müdafiə etmək həm də sərhədlərimizdən kənarda sülhü, sabitliyi və beynəlxalq hüququ dəstəkləmək deməkdir. Buna görə də Aİ Cənubi Qafqazın sabitliyini və rifahını təhlükəsizliyimiz üçün vacib hesab edir. Hər iki tərəfin gələcəyi bir-birinə bağlıdır. Biz Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam edəcəyik, o cümlədən nəqliyyat infrastrukturunun inkişafı və minaların təmizlənməsi təşəbbüsləri vasitəsilə Aİ-yə ən böyük donordur" Kujundziç qeyd edib ki, bu yaxınlarda İrandan Azərbaycana pilotsuz təyyarələrin endirilməsindən sonra Aİ Azərbaycana qeyd-şərtsiz dəstəyini bəyan edib. Az sonra Avropa Şurasının prezidenti Antonio Kosta Bakıya gələrək Azərbaycan və onun xalqı ilə tam həmrəy olduğunu bildirib "Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə və Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas da insidentdən dərhal sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı Azərbaycanla həmrəy olduğunu bildirib", - o əlavə edib

Kaynak: trend.az

Diğer Haberler