Aİ Azərbaycanın əsas siyasi və iqtisadi tərəfdaşları sırasındadır - xarici işlər nazirinin müavini
BAKI, Azərbaycan, 14 may. Avropa İttifaqı (Aİ) Azərbaycanın əsas siyasi və iqtisadi tərəfdaşlarından biridir. Trend -in məlumatına görə, bunu Bakıda Avropa Gününə həsr olunmuş tədbirdə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib "Bu gün Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq st

BAKI, Azərbaycan, 14 may. Avropa İttifaqı (Aİ) Azərbaycanın əsas siyasi və iqtisadi tərəfdaşlarından biridir. Trend -in məlumatına görə, bunu Bakıda Avropa Gününə həsr olunmuş tədbirdə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib "Bu gün Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq strateji xarakter daşıyır. Avropa İttifaqı Azərbaycanın əsas siyasi və iqtisadi tərəfdaşlarından biridir. Aİ bizim ən böyük ticarət tərəfdaşımızdır və əməkdaşlığımız artıq ənənəvi sahələrlə məhdudlaşmır. Hər iki tərəf mövcud əməkdaşlıq gündəliyini daha da genişləndirmək üçün əhəmiyyətli səylər göstərir Azərbaycanın Aİ-yə üzv olan 10 ölkə ilə strateji tərəfdaşlıq sazişi var. Biz bir çox digər üzv dövlətlərlə də sıx və qarşılıqlı faydalı əlaqələr saxlayırıq. Bu, bizim Avropa ilə münasibətlərimizin praktiki və qarşılıqlı etimada əsaslandığını göstərir. 2028-ci ildə Avropa Siyasi Birliyinin 12-ci Zirvə Toplantısının Azərbaycanda keçirilməsi ilə bağlı qərar da möhkəm təməl üzərində qurulmuş bu tərəfdaşlığın daha da inkişafı üçün əlavə imkanlar açacaq”, - Rəfiyev bildirib Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan qazının Avropaya tədarükü təxminən 13 milyard kubmetr təşkil edəcək "Avropa İttifaqı Azərbaycana bir çox sahələrdə, o cümlədən enerji təhlükəsizliyi və nəqliyyat əlaqəsində mühüm tərəfdaş kimi baxır. Son zamanlar Avstriya və Almaniyaya tədarükün genişləndirilməsi ilə Azərbaycan bir daha nümayiş etdirdi ki, Avropanın enerji diversifikasiyasının gücləndirilməsində etibarlı tərəfdaşdır", - Rəfiyev əlavə edib Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun


