Aİ Gəncənin inkişaf layihələrinə milyonlarla avro yardım edir - səfir
GƏNCƏ, Azərbaycan, 6 iyun. Trend-in məlumatına görə, Avropa İttifaqı (Aİ) Gəncənin inkişaf layihələrinə dəstək üçün milyonlarla avro ayırıb. Trend-in məlumatına görə, bunu "EuroVillage-2026" tədbiri çərçivəsində səfirlərlə şəhər icra hakimiyyətinin başçısı arasında keçirilən görüşdə Aİ-nin Azərbayca
GƏNCƏ, Azərbaycan, 6 iyun. Trend-in məlumatına görə, Avropa İttifaqı (Aİ) Gəncənin inkişaf layihələrinə dəstək üçün milyonlarla avro ayırıb. Trend-in məlumatına görə, bunu "EuroVillage-2026" tədbiri çərçivəsində səfirlərlə şəhər icra hakimiyyətinin başçısı arasında keçirilən görüşdə Aİ-nin Azərbaycandakı səfiri Mariana Kujundziç deyib Səfir qeyd edib ki, Gəncə şəhərinin Nizami bələdiyyəsi hələ 2022-ci ildə Merlərin Qlobal Razılaşması təşəbbüsünə qoşulub Onun sözlərinə görə, Gəncə həm də Azərbaycanda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Yaşıl şəhərlər” proqramına qoşulan ilk pilot şəhər olub Mariana Kujundziç qeyd edib ki, AYİB “Gəncə su və tullantı sularının prioritet investisiya proqramı”nın icrasına dəstək məqsədilə Gəncə şəhəri ilə 35 milyon avro dəyərində kredit sazişi imzalayıb "Bundan başqa, Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlıq çərçivəsində 2022-ci ildə 12 milyon avrodan çox kredit ayrılıb. Nəticədə, mövcud küçə işıqlandırma infrastrukturunun 80 faizindən çoxu yenilənəcək", - səfir vurğulayıb O əlavə edib ki, Aİ Nümayəndəliyi də bu kredit üçün 2,5 milyon avro dəyərində qrant dəstəyi verib Səfir çıxışının sonunda Gəncədə olmaqdan məmnunluğunu ifadə edib "Mən şadam ki, bu gözəl şəhəri görmək fürsətimiz oldu. Bəzilərimiz üçün bu, Gəncəyə ilk səfərimizdir və şəhər bizim üçün əsl kəşf oldu. "EuroVillage"ə ev sahibliyi etdiyiniz üçün təşəkkür edirəm və ümid edirəm ki, hər kəs bu gündən zövq alacaq", - Mariana Kujundziç bildirib

