Tenqri
Ana Səhifə
İqtisadiyyat

Aİ Naxçıvan dəmir yolunun bərpasını prioritet investisiya layihəsi hesab edir

GƏNCƏ, Azərbaycan, 5 iyun. Avropa İttifaqı (Aİ) Naxçıvan dəmir yolunun bərpasını ən mühüm layihələrdən biri hesab edir. Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov Gəncədə Aİ-Azərbaycan tərəfdaşlığı və həyata keçirilən layihələrin

0 baxıştrend.az
Aİ Naxçıvan dəmir yolunun bərpasını prioritet investisiya layihəsi hesab edir
Paylaş:

GƏNCƏ, Azərbaycan, 5 iyun. Avropa İttifaqı (Aİ) Naxçıvan dəmir yolunun bərpasını ən mühüm layihələrdən biri hesab edir. Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov Gəncədə Aİ-Azərbaycan tərəfdaşlığı və həyata keçirilən layihələrin 30 illiyinə həsr olunmuş mətbuat konfransında deyib Onun sözlərinə görə, hazırda Avropa İttifaqı tərəfindən nəzərdən keçirilən ən böyük investisiya layihələrindən biri Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun bərpasıdır ​"Bir zamanlar bu dəmir yolu Xəzər dənizini Qara dənizlə birləşdirən mühüm nəqliyyat xətti olub. Lakin uzun illərdir ki, bu xətt baxımsız qalıb və əsaslı təmirə ehtiyacı var" Viktor Bojkov qeyd edib ki, bir neçə həftə əvvəl mütəxəssislərlə birlikdə Culfa-Naxçıvan dəmir yolu xəttinə birgə baxış keçirilib "Hazırda həmin hissədə qatarların saatda 20 kilometrdən çox sürətlə hərəkət etməsi qeyri-mümkündür. Buna baxmayaraq, ekspertlərin yekdil qərarı belədir ki, dəmir yolu xətti hələ də etibarlıdır və düzgün investisiya ilə bərpa edilə bilər", - o vurğulayıb Aİ rəsmisi bildirib ki, səfər zamanı sərhəddə yerləşən körpülər, keçidlər və hissələr də yoxlanılıb Onun sözlərinə görə, dəmir yolu xətti Araz çayına və bəzi ərazilərdə sərhədə çox yaxındır “Bu layihə ümummilli əhəmiyyət kəsb edir və hesab edirəm ki, bugünkü təqdimatlardan yadda qalan əsas təşəbbüslərdən biri məhz Naxçıvan dəmir yolu layihəsidir”, - deyə Bojkov əlavə edib O qeyd edib ki, Avropa İttifaqının dəstəyi ilə Gəncədə də bir sıra investisiya layihələri həyata keçirilir Bu layihələrdən biri su ehtiyatlarının idarə edilməsinə, digəri isə şəhərin küçə işıqlandırma sisteminin yenilənməsinə aiddir "Gəncə şəhəri üçün müasir və enerjiyə qənaət edən küçə işıqlandırma sisteminin yaradılması həm təhlükəsizlik, həm də enerji səmərəliliyi baxımından böyük əhəmiyyət kəsb edir"

Kaynak: trend.az

Diğer Haberler