Tenqri
Ana Səhifə
Dünya

Aİ və AYİB Gəncənin su və kanalizasiya sistemlərinin yaşıl transformasiyasını həyata keçirir

GƏNCƏ, Azərbaycan, 5 iyun. Avropa İttifaqı (Aİ) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gəncə şəhərinin su və kanalizasiya infrastrukturuna əhəmiyyətli investisiyalar qoyurlar Onun sözlərinə görə, Gəncədə həyata keçiriləcək ən mühüm layihələrdən biri də “Gəncənin Su Təchizatı və Kanalizasiy

0 baxıştrend.az
Aİ və AYİB Gəncənin su və kanalizasiya sistemlərinin yaşıl transformasiyasını həyata keçirir
Paylaş:

GƏNCƏ, Azərbaycan, 5 iyun. Avropa İttifaqı (Aİ) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gəncə şəhərinin su və kanalizasiya infrastrukturuna əhəmiyyətli investisiyalar qoyurlar Onun sözlərinə görə, Gəncədə həyata keçiriləcək ən mühüm layihələrdən biri də “Gəncənin Su Təchizatı və Kanalizasiya Layihəsi”dir Bojkov qeyd edib ki, layihənin birinci mərhələsinin ümumi dəyəri 40 milyon avro təşkil edir ​"Layihə Avropa İttifaqının Qonşuluq İnvestisiya Platformasının qrantı və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) krediti hesabına maliyyələşdirilir. Kredit Azərbaycan Su Ehtiyatları Dövlət Agentliyinə ayrılıb", - o qeyd edib Aİ rəsmisinin sözlərinə görə, layihə çərçivəsində Gəncənin su təchizatı və kanalizasiya sisteminin geniş şəkildə yenilənməsi planlaşdırılır Belə ki, birinci mərhələdə su və kanalizasiya şəbəkələrinin bərpası, yeni su anbarlarının tikintisi, SCADA idarəetmə sistemlərinin quraşdırılması, eləcə də yağış suları infrastrukturunun yaradılması nəzərdə tutulur “Bu layihə Gəncənin su və tullantı su infrastrukturunun hərtərəfli modernləşdirilməsi üçün hazırlanmış Prioritet İnvestisiya Proqramının bir hissəsidir”, - Viktor Bojkov vurğulayıb O bildirib ki, layihə Paris İqlim Sazişinə və Azərbaycanın su ehtiyatlarından səmərəli istifadəyə dair milli strategiyasına uyğun olaraq hazırlanıb Layihə həmçinin şəhərin “Yaşıl şəhərlər üzrə Fəaliyyət Planı” çərçivəsində müəyyən edilmiş prioritet istiqamətləri əhatə edir Verilən məlumata görə, layihənin investisiya komponentləri üçün 35 milyon avro AYİB krediti, 5 milyon avro isə Aİ qrantı kimi ayrılıb Brifinqdə qeyd olunub ki, layihə üzrə hüquqi müqavilələr 22 yanvar 2025-ci ildə imzalanıb Hazırda Azərbaycan Su Təsərrüfatı Dövlət Agentliyi tender sənədlərinin hazırlanması, müqavilələrin qiymətləndirilməsi və tikinti işlərinə nəzarət etmək üçün layihənin icrasına dəstək verəcək məsləhətçi şirkətin seçilməsi prosesini həyata keçirir Məlumata görə, məsləhətçi seçildikdən sonra ətraflı dizayn və satınalma prosedurları başlayacaq Bojkov qeyd edib ki, layihə həm də ətraf mühitə və şəhərin iqtisadi inkişafına ciddi töhfə verəcək Layihənin icrası nəticəsində ildə 4,5 milyon kubmetr suya qənaət edilməsi, karbon emissiyalarının 72 min 444 ton azaldılması, 29 milyon kubmetr tullantı suyunun təmizlənməsi gözlənilir Bundan əlavə, layihənin Gəncəçay çayını təmizlənməmiş tullantı sularının axıdılmasından qorumaq, şəhərin fasiləsiz su təchizatını yaxşılaşdırmaq və əhalinin tam xidmətlə əhatə olunmasını təmin edəcəyi bildirilir

Kaynak: trend.az

Diğer Haberler