Tenqri
Ana Səhifə
Dünya

ETX-nin rəisi: Milli Kibertəhlükəsizlik Agentliyi kiberrisklərin idarə olunmasının daha sistemli təşkilinə şərait yaradacaq - MÜSAHİBƏ

Azərbaycanın kibertəhlükəsizlik sistemində yeni mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin iyunun 2-də imzaladığı Fərmanla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb. Yeni qurum uzun illər ölkədə kibertəhlükəsizlik sahəsində fəaliyyət

0 baxışapa.az
ETX-nin rəisi: Milli Kibertəhlükəsizlik Agentliyi kiberrisklərin idarə olunmasının daha sistemli təşkilinə şərait yaradacaq - MÜSAHİBƏ
Paylaş:

Azərbaycanın kibertəhlükəsizlik sistemində yeni mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin iyunun 2-də imzaladığı Fərmanla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb. Yeni qurum uzun illər ölkədə kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin bazasında formalaşdırılıb və onun hüquqi varisi kimi fəaliyyət göstərəcək Elektron Təhlükəsizlik Xidmətinin rəisi Fərid Zeynalov yeni qurumun qarşısında duran vəzifələr, fəaliyyət prioritetləri, ölkənin kibertəhlükəsizlik idarəetmə modelində baş verən dəyişikliklər və qarşıdakı dövr üçün hədəflərlə bağlı “APA-Economics”ə müsahibə verib Fərid müəllim, rəhbərlik etdiyiniz Elektron Təhlükəsizlik Xidmətinin (ETX) bazasında Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) yaradılması ölkəmizin rəqəmsal təhlükəsizlik arxitekturası üçün nələri vəd edir? Son illərdə dünyada kiberhücumların miqyası və mürəkkəbliyi əhəmiyyətli dərəcədə artıb. Dövlət qurumları, enerji sistemləri, maliyyə sektoru və digər strateji sahələrə qarşı yönələn təhdidlər kibertəhlükəsizliyin artıq milli təhlükəsizlik məsələsinə çevrildiyini göstərir. Azərbaycan da bu qlobal tendensiyaları nəzərə alaraq, cənab Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə ötən müddətdə kibertəhlükəsizlik sahəsində ardıcıl mühüm addımlar atıb. Məhz Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması həmin proseslərin məntiqi davamıdır Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində yaradılmış Milli Kibertəhlükəsizlik Agentliyi ETX-nin hüquqi varisi olaraq, qurumun indiyədək əldə etdiyi təcrübəni, potensialı daha böyük səlahiyyətlərlə, genişlənmiş hüquqi çərçivədə davam etdirəcək. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması kibertəhlükəsizlik sahəsində tənzimləmə, nəzarət və koordinasiya mexanizmlərinin vahid institusional çərçivədə həyata keçirilməsinə imkan verəcək. Bu isə həm dövlət, həm də qeyri-dövlət sektorunda kiberrisklərin idarə olunmasının daha sistemli təşkilinə şərait yaradacaq Yeni Agentliyin əsas fəaliyyət istiqamətləri nədən ibarət olacaq? Agentlik kibertəhlükəsizlik sahəsində tənzimləmə və nəzarət funksiyalarını həyata keçirəcək. Eyni zamanda, informasiya infrastrukturlarının dayanıqlığının artırılması, kibertəhdidlərin aşkarlanması, araşdırılması və qarşısının alınması əsas fəaliyyət istiqamətləri olacaq. Eyni zamanda, ölkə üzrə kibertəhlükələr barədə məlumatların toplanması, təhlili və aidiyyəti tərəflərlə paylaşılması təmin ediləcək. Məqsəd təhlükəsiz və dayanıqlı rəqəmsal mühit formalaşdırmaqdır Agentliyin fəaliyyətinin əsas məsələlərdən biri kimi məhz preventiv yanaşma ön plana çəkilir. Kiberinsidentlər baş verdikdən sonra reaksiya vermək taktikası ilə MKA-nın tətbiq edəcəyi qabaqlayıcı müdafiə mexanizmləri arasında hansı prinsipial fərqlər olacaq? Ənənəvi kiber-müdafiə modelləri adətən baş vermiş insidentlərin nəticələrini aradan qaldırmağa yönəlir ki, bu da bəzən böyük resurs və məlumat itkisinə səbəb olur. MKA-nın fəaliyyət fəlsəfəsinin əsasını isə potensial təhdidlərin hələ böhrana çevrilmədən, erkən mərhələdə müəyyənləşdirilməsi və risklərin sıfıra endirilməsi təşkil edir. Bunun üçün kibertəhdidlərin monitorinqi, təhlili və erkən xəbərdarlıq mexanizmlərindən istifadə ediləcək. Beləliklə, potensial təhdidlərin təsirinin minimuma endirilməsi mümkün olacaq Bununla yanaşı, Agentlik kibertəhlükəsizlik sahəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, istifadəçilərə metodiki dəstəyin göstərilməsi, fərdi məlumatların mühafizəsinə nəzarət və ölkə səviyyəsində kibertəhlükələr barədə xəbərdarlıq mexanizmlərinin inkişaf etdirilməsi istiqamətində də fəaliyyət göstərəcək Agentlik dövlət və özəl sektor arasında koordinasiyanın gücləndirilməsinə necə töhfə verəcək? Kibertəhlükəsizlik sahəsində uğurlu nəticə yalnız ayrı-ayrı qurumların deyil, bütöv ekosistemin birgə fəaliyyəti ilə mümkündür. Agentlik informasiya infrastrukturu subyektləri arasında koordinasiyanı gücləndirəcək və məlumat mübadiləsini daha operativ təşkil edəcək. Dövlət qurumları, telekommunikasiya operatorları, internet provayderləri, maliyyə institutları və digər tərəflərlə əməkdaşlıq mexanizmləri inkişaf etdiriləcək. Bu tərəfdaşlıq zənciri kiberinsidentlərə qarşı ölkə miqyasında daha sistemli, çevik və dözümlü cavab reaksiyası verməyimizə zəmin yaradır. Ümumiləşdirsək, Agentlik informasiya mübadiləsi, erkən xəbərdarlıq sistemləri və sektorial əməkdaşlıq mexanizmləri vasitəsilə dövlət və özəl sektor arasında koordinasiya platforması rolunu oynayacaq Milli CERT funksiyalarının Agentlik tərəfindən həyata keçirilməsi hansı üstünlüklər yaradacaq? Milli CERT funksiyalarının vahid mərkəzdə cəmlənməsi kibertəhlükələr barədə məlumatların daha sistemli şəkildə toplanmasına və təhlilinə imkan verəcək. Bu, kibertəhdidlərə dair xəbərdarlıqların vaxtında çatdırılmasını və insidentlərə daha çevik reaksiya verilməsini təmin edəcək. Eyni zamanda, müxtəlif mənbələrdən daxil olan məlumatların koordinasiyalı şəkildə idarə olunması mümkün olacaq. Nəticədə ölkə üzrə ümumi kibermüdafiə imkanları güclənəcək. Milli CERT funksiyalarının Agentlik çərçivəsində həyata keçirilməsi kibertəhdidlərə dair məlumatların mərkəzləşdirilmiş qaydada toplanması, təhlili və paylaşılmasını təmin edəcək Rəqəmsal xidmətlərin kütləviləşdiyi bir dövrdə vətəndaşların fərdi məlumatlarının toxunulmazlığı hansı yeni mexanizmlərlə qorunacaq? Rəqəmsallaşma sürətləndikcə vətəndaşlarımızın rəqəmsal hüquqlarının və fərdi məlumatlarının qorunması bizim fəaliyyətimizin ən həssas və xüsusi əhəmiyyət kəsb edən istiqamətlərindən birinə çevrilir. Agentlik fərdi məlumatların mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət mexanizmlərini həyata keçirəcək və daxil olan müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada baxacaq. Bu sahədə fəaliyyət göstərən həm dövlət, həm də özəl subyektlərin hüquqi tələblərə əməl etməsi Agentliyimiz tərəfindən daim monitorinq olunacaq. Məqsədimiz hər bir vətəndaşın rəqəmsal məkanda özünü tam təhlükəsiz hiss etməsini təmin etməkdir MKA-nın formalaşması Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik reytinqlərindəki mövqeyinə və xarici tərəfdaşlarla əməkdaşlığına necə təsir edəcək? Müasir dünyada kiber-müdafiə sahəsində təcrid olunmuş şəkildə uğur qazanmaq qeyri-mümkündür, çünki rəqəmsal təhdidlər sərhəd tanımır. Biz xarici ölkələrin analoji milli strukturları, beynəlxalq təşkilatlar və qlobal texnologiya nəhəngləri ilə birbaşa və daha genişmiqyaslı əməkdaşlıq platformaları qurmaq imkanına sahibik. Atılan bu institusional addım isə xarici tərəfdaşlarla və beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinə əlavə imkanlar yaradacaq. Bu əməkdaşlıq qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqinə töhfə verəcək. Eyni zamanda Azərbaycanın beynəlxalq platformalardakı mövqeyini daha da gücləndirəcək. Bununla da, Agentlik beynəlxalq CERT şəbəkələri, regional kibertəhlükəsizlik platformaları və tərəfdaş ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlığın genişləndirilməsini prioritet istiqamətlərdən biri hesab edir Fərid müəllim, yekun olaraq, yaxın üç il ərzində Azərbaycanın rəqəmsal ekosistemində hansı əsas keyfiyyət dəyişikliklərini görəcəyik? Yaxın illərdə kibertəhlükəsizlik sahəsində institusional imkanların daha da gücləndirilməsi, kiberrisklərin idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi, əhalinin kibertəhlükəsizlik üzrə məlumatlılığının artırılması və rəqəmsal xidmətlərə etimadın yüksəlməsi istiqamətində əhəmiyyətli nəticələrin əldə olunacağını gözləyirik

Kaynak: apa.az

Diğer Haberler