Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan
Azərbaycanda iyunun 21-dən etibarən icbari avtomobil sığortası ilə bağlı yeni qaydalar qüvvəyə minəcək Bu dəyişikliklər indiyədək mübahisə və narazılıq doğuran bir sıra məqamlara aydınlıq gətirəcək Publika.az xəbər verir ki, məsələ ilə bağlı İqtisadiyyat.az-a danışan sığorta eksperti Emil Ağabağır

Azərbaycanda iyunun 21-dən etibarən icbari avtomobil sığortası ilə bağlı yeni qaydalar qüvvəyə minəcək Bu dəyişikliklər indiyədək mübahisə və narazılıq doğuran bir sıra məqamlara aydınlıq gətirəcək Publika.az xəbər verir ki, məsələ ilə bağlı İqtisadiyyat.az-a danışan sığorta eksperti Emil Ağabağırov bildirib ki, yeniliklərin əsas fərqi zərərlilik dərəcəsinin hesablanma mexanizmindədir Onun sözlərinə görə, əvvəlki qaydalara əsasən sığorta müqaviləsi avtomobilin sahibinin adına rəsmiləşdirilirdi: “Nəqliyyat vasitəsini isə həm sahibi, həm də başqa bir şəxs idarə edə bilərdi. Əgər hadisə avtomobili idarə edən digər şəxs tərəfindən törədilsə də belə, müqavilə kimin adınadırsa, zərərlilik tarixçəsi də həmin şəxsin FİN kodu üzrə hesablanırdı. Bu isə bir çox hallarda problemlərə səbəb olurdu. Məsələn, vətəndaş avtomobili satır, lakin sığorta müqaviləsinə xitam vermirdi. Avtomobili alan şəxs qəza törətdikdə isə zərərlilik göstəricisi əvvəlki sahibin FİN koduna yazılırdı. Nəticədə avtomobili satmış şəxs haqlı olaraq narazılıq edirdi ki, hadisəni törətmədiyi halda sığorta haqqı niyə onun adına artırılıb” Ekspert qeyd edib ki, belə halların qarşısını almaq üçün vətəndaşlar avtomobili satarkən sığorta müqaviləsinə vaxtında xitam verməli idilər: “Yeni qaydalara əsasən isə zərərlilik dərəcəsi birbaşa hadisəni törədən şəxsin FİN kodu üzrə hesablanacaq. Məsələn, avtomobil bir şəxsin adına olsa da, qəzanı başqa biri törədərsə, artım hadisəni törədən sürücünün adına tətbiq ediləcək. Hər sığorta hadisəsinə görə sığorta haqqına 30 faiz əlavə olunacaq” E.Ağabağırovun sözlərinə görə, digər dəyişiklik etibarnamə ilə bağlıdır: “Əvvəllər avtomobilə iki nəfərin etibarnaməsi olduqda, sığorta daha çox endirimi olan şəxsin adına rəsmiləşdirilirdi ki, sığorta haqqı aşağı olsun. Yeni qaydalara görə isə bir nəqliyyat vasitəsi üzrə bir neçə etibarnamə mövcuddursa, sistem avtomatik olaraq ən yüksək risk göstəricisinə malik şəxsin əmsalını əsas götürəcək və sığorta haqqı həmin əmsal üzrə hesablanacaq” İsrail Livanı bombaladı - 18 ölü, 124 yaralı WUF13-ə ev sahibliyi Azərbaycanın beynəlxalq öhdəliyini və məsuliyyətini nümayiş etdirir - Van Sinpin FHN-in Gəncə Regional Mərkəzi tərəfindən mülki müdafiə tədbirləri təşkil edildi “Borcla yaşamaq” dövrü bitir: Vətəndaşlar indi bu bank kartına üstünlük verirlər WUF13-də iştirak üçün 40 mindən çox şəxs qeydiyyatdan keçib FHN rəsmisi: WUF13 ilə bağlı FHN üzərinə düşən vəzifələri icra edir Azərbaycan 12 xalı bu ölkəyə verdi Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər Nazilə gəlini haqqında görün nələr deyib “Avroviziya-2026”nın finalı başladı - CANLI Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO "Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq
Diğer Haberler

Güclü leysan və fırtına eyni vaxtda olacaq! Meteorologiya, əyalətdən əyalətə təqvimlər verərək xəbərdar etdi

Azərbaycan Prezidenti: Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır
