Tenqri
Ana Səhifə
Dünya

Həmin vətəndaşlar 3 il ərzində aylıq ödəniş və müavinət alacaqlar

“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərə köçürülən və dövlət tərəfindən mənzillə təmin olunan, habelə təklif olunan mənzildən imtina edən şəxslər üçün məcburi miqrant statusu ləğv ediləcək. Üstəlik, statusunu itird

0 baxışday.az
Həmin vətəndaşlar 3 il ərzində aylıq ödəniş və müavinət alacaqlar
Paylaş:

“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərə köçürülən və dövlət tərəfindən mənzillə təmin olunan, habelə təklif olunan mənzildən imtina edən şəxslər üçün məcburi miqrant statusu ləğv ediləcək. Üstəlik, statusunu itirdikdən sonra daha 3 il sosial müdafiə tədbirləri ilə təmin olunacaqlar Sosial müdafiə tədbirləri dedikdə nə nəzərdə tutulur? Bu şəxslər bu müddət ərzində hansı üstünlüklərə arxalana biləcəklər? Day.Az xəbər verir ki, Milli.Az-ın sualını cavablandıran Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, keçmiş məcburi köçkünlər mənzillə təmin edildikdən sonra daha üç il ərzində hazırda onlara verilən bütün güzəştlərdən istifadə edə biləcəklər "Bu gün keçmiş məcburi köçkünlərə müavinət ödənilir. Nazirlər Kabinetinin qərarına əsasən, hər ailə üzvü üçün aylıq 60 manat müavinət verilir. Bundan başqa, keçmiş məcburi köçkünlərin övladları dövlət ali məktəblərinə ödənişli əsaslarla daxil olarsa, onların təhsil xərcləri dövlət tərəfindən ödənilir. Həmçinin bir sıra dövlət rüsumları üzrə müavinətlər nəzərdə tutulur" Bayramovun sözlərinə görə, təklif olunan dəyişikliklər bütün bu müavinətlərin və sosial dəstək mexanizmlərinin mənzil verildikdən sonra üç il müddətində saxlanılmasını nəzərdə tutur "Məsələn, əgər keçmiş məcburi köçkün ailəsindən olan uşağın ali məktəbə daxil olarkən müavinət hüququ varsa, o zaman təhsil müddəti üç ildən çox olsa belə, bu hüquq bütün təhsil müddəti ərzində qüvvədə olacaq. Yəni tələbənin qəbul zamanı müavinət hüququ olubsa, bu, məzun olana qədər qalacaq", - o izah edib Deputat vurğulayıb ki, son dəyişikliklər keçmiş məcburi köçkünlərə dövlət sosial dəstəyinin ardıcıl xarakter daşıdığını nümayiş etdirir “Bu addım onu göstərir ki, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıtdıqdan və dövlətdən mənzil aldıqdan sonra bir müddət dövlətin sosial müdafiəsi və qayğısı altında qalacaqlar”, - deyə Vüqar Bayramov əlavə edib Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler