Tenqri
Ana Səhifə
Dünya

Estoniya ordusunu gücləndirir: yeni HIMARS alacaq

Estoniya Amerikanın Lockheed Martin müdafiə şirkətindən üç HIMARS sistemi alacaq ki, bu da Estoniya Müdafiə Qüvvələrini və NATO-nu uzaq mənzilli zərbə imkanları ilə təmin edəcək. Bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur məlumat verib Onun sözlərinə görə, Lockheed Martin ilə əməkdaşlığın d

0 baxışhaqqin.az
Estoniya ordusunu gücləndirir: yeni HIMARS alacaq
Paylaş:

Estoniya Amerikanın Lockheed Martin müdafiə şirkətindən üç HIMARS sistemi alacaq ki, bu da Estoniya Müdafiə Qüvvələrini və NATO-nu uzaq mənzilli zərbə imkanları ilə təmin edəcək. Bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur məlumat verib Onun sözlərinə görə, Lockheed Martin ilə əməkdaşlığın dərinləşdirilməsi Estoniyanın müdafiə sənayesinin inkişafına da birbaşa dəstək olacaq O xatırladıb ki, şirkət artıq ötən ilin yazında altı HIMARS raket buraxılış qurğusunu təhvil verib. Lockheed Martin həmçinin Estoniyanın müdafiə sənayesinə 11 milyon dollar sərmayə qoymağı planlaşdırır “Estoniyaya qoyulan 11 milyon dollarlıq investisiya Lockheed Martin-in təklif etdiyi kimi, Latviya, Litva, Polşa və Finlandiya kimi digər qonşu ölkələrə investisiyalarla birləşdirilərək, regionda səriştələrin genişləndirilməsi və yerlərdə lazımi xidmətlərin göstərilməsi nəzərdə tutulur”, - deyə IK-nin döyüş platformaları kateqoriyasının rəhbəri Janari Kasemets bildirib Estoniya Cənubi Koreyadan oxşar çoxsaylı buraxılış raket sistemləri alır. Dekabr ayında müdafiə naziri Hanno Pevkur, 2027-ci ilin sonuna qədər çatacaq altı Çunmu reaktiv buraxılış raket sistemi aldığını elan etdi

Kaynak: haqqin.az

Diğer Haberler