Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük
Estoniyanın texnologiya sektoru 15 min 971 şirkəti əhatə edir. Biz qlobal kibertəhlükəsizlik indeksində üçüncü yerdəyik. Bu sektorda 38 min 942 işçi fəaliyyət göstərir. Bu sektor İKT sektorunun 11 faizini təşkil edir AZƏRTAC xəbər verir ki, bunu Estoniya İKT Assosiasiyasının icraçı direktoru Doris

Estoniyanın texnologiya sektoru 15 min 971 şirkəti əhatə edir. Biz qlobal kibertəhlükəsizlik indeksində üçüncü yerdəyik. Bu sektorda 38 min 942 işçi fəaliyyət göstərir. Bu sektor İKT sektorunun 11 faizini təşkil edir AZƏRTAC xəbər verir ki, bunu Estoniya İKT Assosiasiyasının icraçı direktoru Doris Pold Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən Bakıda keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu” çərçivəsində təşkil olunan "Regional təcrübə və əməkdaşlıq" mövzusunda panel sessiyada çıxışı zamanı deyib "Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi ayrı-ayrılıqda və bir-biri ilə toqquşmayan anlayış kimi görürük. Estoniyada Kibertəhlükəsizlik Mərkəzi 2007-ci ildə fəaliyyətə başlayıb. Həmin vaxt ölkəmizə qarşı yönlənmiş ən böyük kiberhücumla üzləşmişdik. Bizim kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkətlər məhz o andan başlayaraq inkişaf yoluna qədəm qoydu. Əlbəttə ki, həmin sektorda fəaliyyət göstərən müxtəlif şirkətlər arasında əməkdaşlıq qaçılmaz idi və onlar öz aralarında çox gözəl əməkdaşlıq etməyə başladı. Bu əməkdaşlığın arxasında 26 illik təcrübə dayanıb. Bu illər ərzində hər bir şirkət çox genişşaxəli təcrübə əldə edib. Bu sektor daha çox müdafiə sektoru ilə bağlıdır. Biz həm Müdafiə Sənayesi, həm də Müdafiə Nazirliyi ilə çox sıx əlaqədə işləyirik. Bu sektor daxilində bir istiqamət də yaratmışıq. Daha doğrusu, kibertəhlükəsizlik hücumlarına məruz qalmış şirkətlər tərəfindən yaradılıb. Artıq onlar öz aralarında geniş təcrübə mübadiləsi aparır, məlumatların artırılması kampaniyaları keçirir, əməkdaşlığın nəyə görə vacib olduğunu ictimaiyyətə çatdırır. Bununla yanaşı, biz bir neçə layihə üzrə əməkdaşlıq etmişik. Estoniya, Moldova, Ukrayna və Azərbaycanın iştirakı ilə qadınlar arasında kiberkonfrans keçirilib. Bu konfranslar çərçivəsində geniş şəkildə informasiya mübadiləsi aparılıb, müxtəlif layihələr həyata keçirilib. 21 partnyor həmin layihələrə qoşulub. Avropa İttifaqı çərçivəsində bu layihələr icra olunub", - deyə o diqqətə çatdırıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


