Tenqri
Ana Səhifə
Dünya

O, keçmiş gözəllik kraliçası arvadını öldürüb blenderə qoyub, məhkəmə ən ağır cəzanı verib

İsveçrədə keçmiş gözəllik kraliçası və model məşqçisi Kristina Yoksimoviçi qətlə yetirən, onun cansız bədənini parçalara ayıraraq blenderə qoyan qatil əri Mark Ribenin barəsində hökm çıxarılıb. Milli.Az The Sun-a istinadən bildirir ki, məhkəmə hadisəni "qeyri-insani vəhşilik" kimi qiymətləndirərək m

0 baxışsondakika.com
O, keçmiş gözəllik kraliçası arvadını öldürüb blenderə qoyub, məhkəmə ən ağır cəzanı verib
Paylaş:

İsveçrədə keçmiş gözəllik kraliçası və model məşqçisi Kristina Yoksimoviçi qətlə yetirən, onun cansız bədənini parçalara ayıraraq blenderə qoyan qatil əri Mark Ribenin barəsində hökm çıxarılıb. Milli.Az The Sun-a istinadən bildirir ki, məhkəmə hadisəni "qeyri-insani vəhşilik" kimi qiymətləndirərək müttəhimə ömürlük həbs cəzası verib Prokurorluq faylına görə, Riebenin qətldən əvvəl insan anatomiyası ilə bağlı məzmunu izlədiyi və cəsədin necə parçalanacağını araşdırdığı üzə çıxıb. İstintaq çərçivəsində təqsirləndirilən şəxsin arvadının cəsədini parçalamaq üçün mişar, bıçaq və bağ qayçısından istifadə etdiyi bildirilib. Bəzi hissələrin sənaye blenderində üyüdüldüyü və kimyəvi maddələrlə məhv edilməyə çalışıldığı qeyd edilib Məhkəmədə müdafiə edən Marc Rieben həyat yoldaşının ona bıçaqla hücum etdiyini və hadisəni "özünümüdafiə" məqsədilə törətdiyini iddia edib. Lakin məhkəmə ekspertizası bu iddianı təsdiqləməyib. Hesabatda Kristina Yoksimoviçin ölümündən əvvəl hücum törətdiyinə dair heç bir sübutun olmadığı bildirilib İstintaq materialına görə, gənc qadının parçalanmış meyitinin qalıqlarını qızı uşaqları götürməyə getmədikdən sonra evə gələn atası tapıb. Bu hadisə İsveçrədə böyük əks-səda doğurub və ictimaiyyətin hiddətinə səbəb olub Məhkəmə həmçinin müttəhimə cütlüyün iki azyaşlı övladına və Kristina Yoksimoviçin ailəsinə təzminat ödəməyə məcbur edib. Qərara görə, Riebenin uşaqlarına cəmi 100 min İsveçrə frankı, atasına 120 min İsveçrə frankı, anasına 100 min İsveçrə frankı, bacısına isə 60 min İsveçrə frankı ödəyəcəyi açıqlanıb Son Dəqiqə › Cinayət › Keçmiş gözəllik kraliçası olan arvadını öldürüb blenderə qoydu, məhkəmə ən ağır cəzanı verdi - Son Dəqiqə Sondakika.com-un sizə push bildirişləri göndərməsinə icazə verirsinizmi? Masaüstü bildirişlərimizə qoşulmaqla ən son xəbərləri, təhlilləri və ətraflı məzmunu indi əldə edin

Diğer Haberler