Nadir atların daha bir partiyası Qazaxıstana gətirilib
Orda.kz Ekologiya Nazirliyinə istinadən xəbər verir ki, bu il Prjevalski atlarının ikinci qrupu Berlin Zooparkından “Tierpark Berlin”dən gətirilib Xüsusi reys iyunun 5-də Kostanay hava limanına çatıb. Heyvanlar baytarlıq müayinəsindən sonra “Altın Dala” qoruğunun Reintroduksiya Mərkəzinə göndərili

Orda.kz Ekologiya Nazirliyinə istinadən xəbər verir ki, bu il Prjevalski atlarının ikinci qrupu Berlin Zooparkından “Tierpark Berlin”dən gətirilib Xüsusi reys iyunun 5-də Kostanay hava limanına çatıb. Heyvanlar baytarlıq müayinəsindən sonra “Altın Dala” qoruğunun Reintroduksiya Mərkəzinə göndərilib və orada mütəxəssislərin nəzarəti altında adaptasiyadan keçəcəklər Yada salaq ki, iyunun əvvəlində dünyada yeganə sağ qalmış vəhşi at növünün populyasiyasının bərpası layihəsi çərçivəsində Çexiyadan Qazaxıstana Prjevalski atlarının ilk partiyası gətirilmişdi Qazaxıstan və Praqa Zooparkı arasında bağlanmış müqaviləyə əsasən, 2029-cu ilə qədər ölkəyə daha 40 Prjevalski atının gətirilməsi planlaşdırılır İlk iki heyvan qrupu qoruğa 2024 və 2025-ci illərdə gəlib və may ayında onlardan bəziləri ilk dəfə təbiətə buraxılıb Bu materialda ilk pələnglərin Rusiyadan Qazaxıstana necə gətirildiyi haqqında oxuyun


