Tenqri
Ana Səhifə
İqtisadiyyat

Aİ Gəncənin inkişaf layihələrinin həyata keçirilməsi üçün milyonlarla avro ayırıb

Avropa İttifaqı (Aİ) Gəncənin inkişaf layihələrini dəstəkləmək üçün milyonlarla avro ayırıb Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Marijana Kuyundziç Gəncədə "Avropa şəhərciyi 2026" tədbiri çərçivəsində şəhər icra hakimiyyətinin başçısı ilə görüşdə de

0 baxışday.az
Aİ Gəncənin inkişaf layihələrinin həyata keçirilməsi üçün milyonlarla avro ayırıb
Paylaş:

Avropa İttifaqı (Aİ) Gəncənin inkişaf layihələrini dəstəkləmək üçün milyonlarla avro ayırıb Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Marijana Kuyundziç Gəncədə "Avropa şəhərciyi 2026" tədbiri çərçivəsində şəhər icra hakimiyyətinin başçısı ilə görüşdə deyib Səfir qeyd edib ki, Gəncənin Nizami bələdiyyəsi hələ 2022-ci ildə Merlərin Qlobal Razılaşması təşəbbüsünə qoşulub Onun sözlərinə görə, Gəncə Azərbaycanın ilk pilot şəhəri kimi Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Yaşıl Şəhərlər proqramına da daxil edilib Marijana Kujundziç vurğulamışdır ki, AYİB “Gəncə şəhərinin su təchizatı və tullantı suları üzrə Prioritet İnvestisiya Proqramı”nın icrasına dəstək məqsədilə Gəncə şəhəri ilə 35 milyon avro məbləğində kredit sazişi imzalamışdır "Bundan başqa, 2022-ci ildə Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Şərqi Avropa Tərəfdaşlığı çərçivəsində 12 milyon avrodan çox kredit ayrılıb. Nəticədə, mövcud küçə işıqlandırma infrastrukturunun 80 faizindən çoxu yenilənəcək", - səfir vurğulayıb O əlavə edib ki, Avropa İttifaqının Nümayəndəliyi də bu kredit üçün 2,5 milyon avro məbləğində qrant dəstəyi verib Səfir çıxışının sonunda Gəncədə olmasından məmnunluğunu ifadə edib Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler

ЕС выделил миллионы евро на реализацию проектов развития Гянджи | Tenqri