Erol Özvar: Təhsil sahəsində əməkdaşlıq türk dövlətləri üçün strateji əhəmiyyətə malikdir
Təhsil sahəsində əməkdaşlıq türk dövlətləri üçün strateji əhəmiyyətə malikdir. Bu məqsəd ötən ilin oktyabr ayında Qəbələdə keçirilən TDT-nin 12-ci Zirvə toplantısının Yekun Bəyannaməsində də öz əksini tapıb AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Respublikası Ali Təhsil Şurasının (YÖK) sədri Erol

Təhsil sahəsində əməkdaşlıq türk dövlətləri üçün strateji əhəmiyyətə malikdir. Bu məqsəd ötən ilin oktyabr ayında Qəbələdə keçirilən TDT-nin 12-ci Zirvə toplantısının Yekun Bəyannaməsində də öz əksini tapıb AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Respublikası Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) təhsil nazirlərinin 9-cu iclasının iştirakçılarına müraciətində bildirib YÖK rəhbərinin sözlərinə görə, Şuşada keçirilən TDT təhsil nazirlərinin 8-ci görüşü türk dövlətlərini bir-birinə daha da yaxınlaşması baxımından xüsusilə əhəmiyyətli olub. Türk Dünyası Ali Təhsil Məlumat Bazası, TDT ölkələrinin diplomlarının tanınması və ekvivalentliyinə cavabdeh olan Agentlik, Türk Dövlətləri Təşkilatının Ali Təhsil Fondu və Türk dünyasında Ali Təhsilin Keyfiyyətinin Təkmilləşdirilməsi Agentliyinin yaradılması təklifləri irəli sürülüb. E. Özvar bildirib: “Bu təşəbbüslər ölkələrimizin ali təhsil sistemləri arasında daha çox razılaşmanı təmin edəcək” O, həmçinin qeyd edib ki, Ankara Türkiyə Universitetlər Birliyinin (TURKUNIB) Baş Assambleyasında təklif olunan tələbə və müəllim mübadiləsi proqramlarının tətbiqi üçün xüsusi fondun (“Orhun”) yaradılması ideyasını dəstəkləyir Türkiyə Ali Təhsil Şurasının sədri, həmçinin artıq Qazaxıstan və Qırğızıstanda, 2014-cü ildən isə Azərbaycanda uğurla fəaliyyət göstərən “birgə universitetlər”in yaradılmasının vacibliyini vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


