Ermənistanla Belarus arasında diplomatik savaş: İrəvana xəbərdarlıq edildi
Ermənistan parlamentinin sədri Alen Simonyanın Belarus və Rusiya ilə bağlı sərt açıqlamalarından sonra Minsk və İrəvan arasında yeni diplomatik qalmaqal yaranıb Publika.az xəbər verir ki, erməni siyasətçi ölkəsinin “Belarus kimi idarə olunmayacağını” və “vilayətə çevrilməyəcəyini” bəyan edib. O, hə

Ermənistan parlamentinin sədri Alen Simonyanın Belarus və Rusiya ilə bağlı sərt açıqlamalarından sonra Minsk və İrəvan arasında yeni diplomatik qalmaqal yaranıb Publika.az xəbər verir ki, erməni siyasətçi ölkəsinin “Belarus kimi idarə olunmayacağını” və “vilayətə çevrilməyəcəyini” bəyan edib. O, həmçinin Rusiyanı Ermənistanda hakimiyyət dəyişikliyi təşkil etməyə cəhd göstərməkdə ittiham edib Simonyanın açıqlamalarından sonra Belarus Xarici İşlər Nazirliyi Ermənistanın Minskdəki müvəqqəti işlər vəkili Artur Sarkisyanı nazirliyə çağıraraq rəsmi etirazını bildirib Belarus XİN-in sözçüsü Ruslan Varankov bildirib ki, ölkəsinin Rusiya ilə müttəfiqlik münasibətlərinin formatını yalnız Minsk müəyyən edir və bu məsələdə kənar qiymətləndirmələrə ehtiyac yoxdur. O, Simonyanın çıxışını “seçkiqabağı populizm” və Ermənistan cəmiyyətinin diqqətini daxili problemlərdən yayındırmaq cəhdi kimi qiymətləndirib Minsk, həmçinin rəsmi İrəvanın Qərblə yaxınlaşma siyasətinin Ermənistan üçün həm iqtisadi çətinliklər, həm də xarici asılılıq yaratdığını iddia edib. Belarus tərəfi bununla yanaşı, Ermənistan xalqını ölkənin mövcud hakimiyyəti ilə eyniləşdirmədiyini vurğulayıb Alen Simonyan isə üzr istəməkdən imtina edib. O, növbəti açıqlamasında Belarus rəhbərliyinə istehzalı şəkildə “daha çox kartof yetişdirməyi” məsləhət görüb Ermənistan parlamentinin sədri münasibətlərin pisləşməsini Ermənistan dövlətçiliyinə münasibət və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ətrafında yaranmış vəziyyətlə əlaqələndirib. Simonyan bildirib ki, İrəvan suverenliyini gücləndirmək və hakimiyyətin “demokratik kurs” adlandırdığı siyasəti davam etdirmək niyyətindədir Gərginlik fonunda İrəvanda Avropa liderlərinin iştirak etdiyi beynəlxalq tədbirlər keçirilib. Tədbirdə Ukrayna prezidenti Vladimir Zelenski də iştirak edib Ekspertlər hesab edirlər ki, Ermənistan hakimiyyətinin sərt ritorikasının əsas səbəbi qarşıdan gələn seçkilərlə bağlıdır. Politoloqların fikrincə, baş nazir Nikol Paşinyanın komandası Avropayönlü seçiciləri səfərbər etmək üçün Rusiya və postsovet məkanına qarşı müqayisəli siyasi xətt aparır Analitiklər qeyd edirlər ki, Minsk və İrəvan arasında diplomatik gərginlik son iki ildə davamlı xarakter alıb Ukraynadan Rusiyaya görünməmiş zərbə: HHM tam işə düşdü, yüzlərlə insan… Rusiya XİN bütün ölkələrə və beynəlxalq təşkilatlara nota göndərdi - Zərbələrin endirilməsi qaçınılmaz olacaq! Zaxarova toyundan danışdı: Otaqda cəmi bir neçə nəfər və Putinin Rusiyadan Ermənistanın Belarusla bağlı fikirlərinə sərt reaksiya gəldi Qərb nasistləri cəzalandırmaq əvəzinə onları qorudu - Medvedyev Tokayevdən Qazaxıstanın gələcəyi ilə bağlı vacib açıqlama: Hazır olun, gərginlik artır Bu gün 3 bürc üçün nəhayət qara buludlar dağılır Qurban bayramında ətin qiyməti belə dəyişəcək - Əhaliyə çağırış edildi Bakının hansı küçələrində tıxac var? - Siyahı ABŞ-da qəribə nəzəriyyə yenidən gündəmdə: Trampın oğlu zaman səyahətçisidir? Günün ulduz falı: Mühüm qərarlar verməli olacaqsız İran nüvə silahına sahib olmamağa razıdır - Tramp Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası... - Dəhşətli faktların üstü açıldı Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçaturyan açıqladı


