Tenqri
Ana Səhifə
Dünya

Ermənistandakı seçkilərlə bağlı ilk pozuntu - FOTOLAR

Xəbər verdiyimiz kimi səhər saatlarından başlayaraq Ermənistanda Parlament seçkiləri ilə bağlı səsverməyə start verilib Publika.az xəbər verir ki, səsvermənin ilk dəqiqələrindən başlayaraq bəzi seçki prinsiplərinin pozulmasını əks etdirən görüntülər yayılır. "HayaQue"nin yaydığı məlumata görə xeyli

0 baxışpublika.az
Ermənistandakı seçkilərlə bağlı ilk pozuntu - FOTOLAR
Paylaş:

Xəbər verdiyimiz kimi səhər saatlarından başlayaraq Ermənistanda Parlament seçkiləri ilə bağlı səsverməyə start verilib Publika.az xəbər verir ki, səsvermənin ilk dəqiqələrindən başlayaraq bəzi seçki prinsiplərinin pozulmasını əks etdirən görüntülər yayılır. "HayaQue"nin yaydığı məlumata görə xeyli sayda faktlar ortaya çıxıb ki, bu da səsvermənin gizliliyi prinsipinin pozulmasını sübut edir. "Təqdim etdiyimiz fotolardan da aşkar görünür ki, seçki məntəqəsindən gələn ilk məlumatlar pozuntulardan xəbər verir. Vanadzordakı 23/51 saylı seçki məntəqələrində səsvermə kabinələrindən birinin arxasından hərəkət etmək, digərinin arxasında yerləşən pəncərədən isə səsvermə prosesini izləmək də mümkündür. Başqa bir fotoda isə səs verən şəxsin arxasında qapı və ya dəhliz var. Aşkar şəkildə, başqalarının görə biləcəyi şəraitdə səsvermə cəhdi, səsvermənin gizliliyi prinsipinin pozulması deməkdir! Bu, seçki günündəki ilk həyəcan verici xəbərlərdən biridir",- məlumatda qeyd edilib Qeyd edək ki, səsvermənin gizliliyi prinsipi seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə etməsini təmin edən, səsvermə prosesinə və ya nəticələrə kənar nəzarəti və təzyiqləri istisna edən fundamental demokratik hüquq normasıdır. Bu prinsip vətəndaşların təzyiqlərdən qorxmadan, öz siyasi və ya sosial mövqelərini açıqlamadan namizədləri və ya qərarları seçməsinə imkan verir. Bu prinsipin təminatının əsas mexanizmlərindən biri isə seçicinin xüsusi kabinə və ya otaqlarla təmin edilməsidir. Yəni, seçici bülleteni kənar şəxslərin gözündən uzaq, xüsusi ayrılmış gizli kabinədə və ya otaqda doldurmalıdır Kiviryan: "Türklərin qəddar, rusların isə mehriban olduğunu düşünənlər dərindən yanılırlar" Sel və daşqınlar Türkiyəni cənginə aldı Hörmüz boğazında gizli əməliyyat - ABŞ kimlərə kömək edir? Ərdoğandan Kərkük MESAJI Pakistanın daxili işlər naziri Tehrana gəldi Türkiyədə əməliyyat keçirildi - 400-ə yaxın saxlanılan var Ukrayna ilin əvvəlindən bəri beynəlxalq ehtiyatlarının 20%-ni itirib Kiviryan: "Türklərin qəddar, rusların isə mehriban olduğunu düşünənlər dərindən yanılırlar" "Mənə dedi ki, gəl, səhnədə öl" “Hürrem” və “Süleyman” 15 il sonra bir arada - FOTO Çinlilər dostluq kodunu sındırdılar Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu Dua Lipanın 3 gün davam edəcək toyundan İLK FOTOLAR Xarq adası yaxınlığında partlayış səsi eşidildi

Kaynak: publika.az

Diğer Haberler