Ermənistandakı seçki pozuntuları Avropa institutlarının ikili standartlarını göstərdi - RƏY
Ermənistanda seçki pozuntuları Avropa institutlarının nə ədalətin, nə də demokratiyanın müdafiəçisi olduğunu göstərdi Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib Onun sözlərinə görə, Ermənistanda keçirilən seçkilər zamanı müşahidə edilən qanun pozuntularına Avropa tə

Ermənistanda seçki pozuntuları Avropa institutlarının nə ədalətin, nə də demokratiyanın müdafiəçisi olduğunu göstərdi Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib Onun sözlərinə görə, Ermənistanda keçirilən seçkilər zamanı müşahidə edilən qanun pozuntularına Avropa təşkilatlarından hər hansı bir iradın bildirilməməsi onların ikili siyasəti ilə bağlıdır: "Çünki uzun illərin təcrübəsindən Avropa İttifaqına üzv ölkələrin hər şeyi qurumun eynəyindən gördüyünü bildirik. Avropa öz dəyərləri və beynəlxalq hüquq kontekstindən heç vaxt obyektiv qiymətləndirmə aparmır. Ona görə də bu qədər qanun pozuntusu baş verdiyi halda Avropa İttifaqı və onun müxtəlif seqmentlər üzrə alətləri olan insan hüquqları, demokratik hüquq təşkilatlarının heç biri bu barədə bir kəlmə də olsun danışmır. Çünki Avropa hesab edir ki, hazırkı mərhələdə Ermənistanda keçirilən seçkilər elə bu cür olmalıdır və hazırkı Baş nazir Nikol Paşinyan qələbə çalmalıdır" Deputat qeyd edib ki, Azərbaycanla uzun illərdir israrla göstərdiyi mövqeyi ilə bu məsələdə haqlı çıxmış olur: "Avropa institutları nə beynəlxalq hüquq, nə ədalət, nə demokratiya, nə də demokratik dəyərlərin müdafiəçisidir. Avropa İttifaqı və onun ən müxtəlif institutları sadəcə öz maraqlarının müdafiəçisidir. Onlar öz maraqları kontekstində bütün məsələrlə bağlı yanaşma ortaya qoyur və bu gün Paşinyanın Avropanın maraqlarına daha çox xidmət etdiyini düşünürlər. Çünki Ermənistanın Avropanın forpostuna çevrilməsi üçün Paşinyan kimi siyasətçi lazımdır. Ona görə də bu siyasətçinin və onun hakimiyyətinin törətdiyi bütün hüquq pozuntlarına göz yumulur. Məsələnin mahiyyəti bundan ibarətdir" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


