Ermənistanda seçkilərdə səslərin sayılması başa çatıb: parlamentdə dörd siyasi güc təmsil olunacaq
Ermənistan Mərkəzi Seçki Komissiyası iyunun 7-də keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb AZƏRTAC “Armenpress”ə istinadla xəbər verir ki, 2005 seçki məntəqəsində səsvermənin nəticələri hesablanıb və ümumilikdə seçici səs verib. Dərc olunmuş nəticələrə əsasən, “Vətəndaş müqavilə

Ermənistan Mərkəzi Seçki Komissiyası iyunun 7-də keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb AZƏRTAC “Armenpress”ə istinadla xəbər verir ki, 2005 seçki məntəqəsində səsvermənin nəticələri hesablanıb və ümumilikdə seçici səs verib. Dərc olunmuş nəticələrə əsasən, “Vətəndaş müqaviləsi” partiyası seçicilərin 727 160-nın (49.81 faiz) səslərini toplayıb. İkinci yerdə “Güclü Ermənistan” bloku - 340.062 səs (23,29 faiz) qərarlaşıb. Parlamentə daxil olacaq daha iki siyasi güc “Ermənistan” bloku 146 097 (9,94 faiz) və “Çiçəklənən Ermənistan” partiyası 58 367 (4 faiz) səs toplayıb Beləliklə, parlament seçkilərindən sonra Ermənistanın yeni parlamentində dörd siyasi güc təmsil olunacaq: “Vətəndaş müqaviləsi” partiyası (61 yer), “Güclü Ermənistan” bloku (28 yer), “Ermənistan” bloku (11 yer) və “Çiçəklənən Ermənistan” partiyası (5 yer) 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Bacıları etiraf etdi, qətlin üstü 19 ildən sonra açıldı: Sultanın atası onu öldürdü! | T24

Yüksək hərarət, başgicəllənmə və huşunu itirmə... Mütəxəssislərdən bir-birinin ardınca yaranan isti və xəbərdarlıqlar gəldi
