Ermənistanda seçki şikayəti: bəzi məntəqələrdə səslər yenidən sayılır
Ermənistanda Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq səslərin yenidən sayılması ilə bağlı müraciətlərin təqdim olunması üçün son müddət iyunun 9-u saat 11:00-da başa çatıb Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb 38 dairə seçki komissiyasından 21-i yenidən sa

Ermənistanda Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq səslərin yenidən sayılması ilə bağlı müraciətlərin təqdim olunması üçün son müddət iyunun 9-u saat 11:00-da başa çatıb Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb 38 dairə seçki komissiyasından 21-i yenidən sayımın aparılması ilə bağlı heç bir müraciət almayıb. Qalan 17 dairə seçki komissiyasına isə “Çiçəklənən Ermənistan” Partiyası, “Birlik Qanadları” Partiyası və “Hayastan” Blokunın səlahiyyətli nümayəndələri və namizədləri tərəfindən ümumilikdə 30 müraciət daxil olub Bu müraciətlər çərçivəsində ümumilikdə 555 seçki məntəqəsinin səsvermə nəticələrinin yenidən hesablanması tələb olunub Dairə seçki komissiyaları saat 12:00-da keçirilən iclaslarda daxil olmuş müraciətləri ümumiləşdirəcək və Mərkəzi Seçki Komissiyasının internet səhifəsində hansı məntəqələrin nəticələrinin yenidən hesablanacağı barədə məlumat dərc ediləcək Xatırladılıb ki, yenidən sayım prosesi dairə seçki komissiyalarının yerləşdiyi binalarda canlı yayım vasitəsilə həyata keçirilir və həmin iclaslarda iştirak etmək hüququ olan şəxslər üçün açıqdır. Bunlara akkreditə olunmuş KİV nümayəndələri, müşahidə missiyalarının nümayəndələri, seçkilərdə iştirak edən partiya və blokların səlahiyyətli nümayəndələri, etibarlı şəxslər, namizədlər və digər səlahiyyətli şəxslər daxildir. İştirak üçün Mərkəzi Seçki Komissiyası tərəfindən verilmiş vəsiqə və şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir Dairə seçki komissiyalarına hər hansı seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı müraciət daxil olmayıb. Hazırkı anadək hakim "Vətəndaş müqaviləsi" partiyası parlamenmtdə 64 manata sahiblənib. Müxalif "Güclü Ermənistan" bloku 29, "Hayastan" bloku isə 12 mandata yiyələnib. Əgər səslər yenidən sayılandan sonra “Çiçəklənən Ermənistan” Partiyası parlamentə düşə bilsə, onda mandat bölgüsü dəyişəcək. "Çiçəklənən Ermənistan" Partiyası parlament seçkilərində keçid baryerini aşa bilməyib - onun 60 səsi çatmayıb. Yenidən sayılma nəticəsində "Çiçəklənən Ermənistan" baryeri aşa bilər


