Tenqri
Ana Səhifə
Dünya

Ermənistanda parlament seçkilərində səsvermə başlayıb

Ermənistanda yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə üst-üstə düşür) parlament seçkilərində səsvermə başlayıb "Report" Ermənistan Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən xəbər verir ki, ölkədə 2 milyon 485 min 851 nəfər səsvermə hüququna malikdir Ölkə üzrə 2 min 5 seçki məntəqəsi açılıb. Sə

0 baxışreport.az
Ermənistanda parlament seçkilərində səsvermə başlayıb
Paylaş:

Ermənistanda yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə üst-üstə düşür) parlament seçkilərində səsvermə başlayıb "Report" Ermənistan Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən xəbər verir ki, ölkədə 2 milyon 485 min 851 nəfər səsvermə hüququna malikdir Ölkə üzrə 2 min 5 seçki məntəqəsi açılıb. Səsvermə saat 20:00-da başa çatacaq. Bu seçkilərin nəticələri Ermənistanın yeni baş nazirini də müəyyənləşdirəcək Seçkilərdə ümumilikdə 18 siyasi qüvvə - iki blok və 16 partiya iştirak edir. Parlamentə girmək üçün partiyalara 4 %, bloklara isə 8 % (iki partiyaya qədər) və 10 % (ikidən çox partiya) hədd müəyyən edilib. Seçici iştirakı üçün hədd nəzərdə tutulmayıb Seçkiqabağı kampaniya əhəmiyyətli xarici təsir şəraitində keçib və ekspertlərin qiymətləndirmələrinə görə, bunun əsas mənbəyi Rusiya olub. Ölkənin aidiyyəti qurumları müxalif bloklar və partiyalar tərəfindən seçicilərin ələ alınması cəhdlərini dəfələrlə qeydə alıb "GALLUP International Association"ın Ermənistan nümayəndəliyinin keçirdiyi sorğunun məlumatlarına əsasən, opponentlərin 32,4 %-i hazırkı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasına səs verməyə hazırdır Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler