Tenqri
Ana Səhifə
Dünya

Ermənistanda parlament seçkiləri başladı

Bu dəqiqələrdə Ermənistanın bütün ərazisində seçki məntəqələri açılır və seçkilərdə iştirak edən bütün siyasi qüvvələrin taleyüklü adlandırdığı parlament seçkiləri başlayır Publika.az xəbər verir ki, Ermənistan vətəndaşları seçki hüququndan İrəvan vaxtı ilə saat 20:00-dək istifadə edə bilərlər. Ölk

0 baxışpublika.az
Ermənistanda parlament seçkiləri başladı
Paylaş:

Bu dəqiqələrdə Ermənistanın bütün ərazisində seçki məntəqələri açılır və seçkilərdə iştirak edən bütün siyasi qüvvələrin taleyüklü adlandırdığı parlament seçkiləri başlayır Publika.az xəbər verir ki, Ermənistan vətəndaşları seçki hüququndan İrəvan vaxtı ilə saat 20:00-dək istifadə edə bilərlər. Ölkə hüdudlarından kənarda səsvermə nəzərdə tutulmayıb Saat 12:00-dan başlayaraq, Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) hər 3 saatdan bir (bir saatlıq gecikmə ilə) seçici fəallığı barədə məlumatları dərc edəcək. Təxminən saat 23:00-da MSK-nın ən kiçik və ucqar kənd yaşayış məntəqələrinin nəticələrini elan etməyə başlayacağı gözlənilir, lakin bu nəticələr ümumi mənzərəni əks etdirə bilməz. Əvvəlki illərin təcrübəsinə əsasən, yeni parlamentdəki siyasi qüvvələrin nisbəti gecə saat 02:00-03:00 radələrində az-çox aydınlaşacaq. Məhz bu zaman seçicilərin üçdə birinin yaşadığı paytaxt İrəvan da daxil olmaqla, iri şəhərlərdən məlumatlar daxil olmağa başlayacaq. Səslərin elektron hesablanması iyunun 8-i səhər saat 08:00-da başa çatacaq Ermənistan parlamenti proporsional seçki sistemi ilə, yəni yalnız partiya siyahıları üzrə seçilir. Ermənistanın 9-cu çağırış Milli Məclisinə keçirilən seçkilərdə 18 siyasi qüvvə – 16 partiya və 2 blok mübarizə aparır. Partiyalar üçün parlamentə keçid həddi 4%, bloklar üçün isə 8% müəyyən edilib. Qeyd etmək lazımdır ki, yekun nəticələr hesablanarkən etibarsız və qəsdən korlanmış bülletenlər ümumi hesablama prosesindən çıxarılır və nəzərə alınmır. Partiyaların qazandığı faizlər yalnız etibarlı bülletenlərin ümumi sayı əsasında müəyyən edilir Bu gün Ermənistanda parlament seçkiləri keçiriləcək Azərbaycanla sülh sazişini imzalayacağıq, amma... - Köçəryandan sensasion iddia Azərbaycanda hazırlandığı iddia olunan seçki xəritəsi Ermənistanı qarışdırdı - FOTO Moskvadan İrəvana göndərilən məktubda nələr var? - Ermənistanda toqquşma Zaxarova elan etdi: Moskvanın İrəvandan əsas tələbləri nədir? Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək? Ukrayna ilin əvvəlindən bəri beynəlxalq ehtiyatlarının 20%-ni itirib Kiviryan: "Türklərin qəddar, rusların isə mehriban olduğunu düşünənlər dərindən yanılırlar" "Mənə dedi ki, gəl, səhnədə öl" “Hürrem” və “Süleyman” 15 il sonra bir arada - FOTO Çinlilər dostluq kodunu sındırdılar Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu Dua Lipanın 3 gün davam edəcək toyundan İLK FOTOLAR Xarq adası yaxınlığında partlayış səsi eşidildi

Kaynak: publika.az

Diğer Haberler