Ermənistana 50 milyon avrodan çox yardım ayrıldı
Avropa İttifaqı (Aİ) Rusiyanın iqtisadi təzyiqləri fonunda Ermənistana 50 milyon avrodan çox maliyyə dəstəyi paketi hazırlayır Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Layen Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığından sonra bildirib Fon

Avropa İttifaqı (Aİ) Rusiyanın iqtisadi təzyiqləri fonunda Ermənistana 50 milyon avrodan çox maliyyə dəstəyi paketi hazırlayır Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Layen Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığından sonra bildirib Fon der Layen Moskvanın addımlarını “iqtisadi məcburiyyət” adlandıraraq Avropanın Ermənistanın yanında olduğunu vurğulayıb. Hazırlanmış yardım paketinə təcili maliyyə dəstəyi ilə yanaşı, kənd təsərrüfatı daxil olmaqla bəzi erməni məhsullarının ticarətinin sadələşdirilməsi tədbirləri də daxildir. Zərərçəkmiş sektorlara, xüsusən gülçülüyə ünvanlı köməklik göstəriləcək. Ermənistanda yetişdirilən 10.000 çiçəyin ilk partiyası sabah yerli bazarda satışa çıxarılmaq üçün Latviyaya çatacaq Uzunmüddətli perspektivdə isə Avropa Ermənistanı regionda strateji nəqliyyat qovşağına çevirməyi hədəfləyir. Təşəbbüslərin koordinasiyası üçün iyunun 23-də birgə işçi qrupu yaradılacaq. Qeyd edək ki, Aİ bundan əvvəl Ermənistana vizaların liberallaşdırılması prosesi üçün də 2,2 milyon avro vəd etmişdi


