“Ermənistan yaxın illərdə Aİ-yə qoşulmağı gözləmir” - Kostanyan
“Ermənistan 2028 və ya 2030-cu illərdə Avropa İttifaqının üzvü olmağı gözləmir, lakin onun bu təşkilatla yaxınlaşma kursu şüurlu siyasi seçimdir” 525.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib “Biz, əlbəttə ki, sadəlövhcəsinə Ermənistanın 2028 və

“Ermənistan 2028 və ya 2030-cu illərdə Avropa İttifaqının üzvü olmağı gözləmir, lakin onun bu təşkilatla yaxınlaşma kursu şüurlu siyasi seçimdir” 525.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib “Biz, əlbəttə ki, sadəlövhcəsinə Ermənistanın 2028 və ya 2030-cu illərdə Aİ-yə üzv dövlət olacağına inanmırıq. Bəlkə də Ermənistanın Aİ üzvlüyünə cəhdində ən qeyri-adi mərhələlərdən biri ötən ilin mart ayında parlament tərəfindən qəbul edilmiş və Aİ üzvlüyü prosesinə başlayan qanun olub. Bu, Ermənistan hökumətinin və erməni xalqının gələcəkdə özünü harada gördüyünün açıq siyasi təzahürüdür", - Kostanyan deyib O bildirib ki, İrəvan Avropa standartlarına uyğunlaşdırmaq üçün yeni və iddialı islahat gündəliyi hazırlayır: “Aİ bizim üçün əsl strateji tərəfdaşa çevrilib. Ermənistan-Aİ münasibətləri heç vaxt bu qədər yaxın olmayıb. Lakin bizim üçün bu, son nöqtə deyil” Kostanyan həmçinin qeyd edib ki, ilk Ermənistan-Aİ sammiti 8-ci Avropa Siyasi Birliyi sammitindən dərhal sonra, 5 mayda İrəvanda keçiriləcək


