Ermənistan seçkilərini bu azərbaycanlılar həll edir - Bakı və İrəvan anlaşıb?
Qərbi Azərbaycana qayıdış məsələsi Ermənistandakı seçkilərin əsas müzakirə mövzularından biridir. Müxalifət “300 min azərbaycanlının qayıdışına hazırlıq gedir” iddiası ilə hakimiyyəti ittiham edir, iqtidar isə bütün bunlara ya cavab vermir, ya da təkzib edir. Baş nazir Nikol Paşinyan bunun olmayacağ

Qərbi Azərbaycana qayıdış məsələsi Ermənistandakı seçkilərin əsas müzakirə mövzularından biridir. Müxalifət “300 min azərbaycanlının qayıdışına hazırlıq gedir” iddiası ilə hakimiyyəti ittiham edir, iqtidar isə bütün bunlara ya cavab vermir, ya da təkzib edir. Baş nazir Nikol Paşinyan bunun olmayacağını bildirdi, hərçənd, onun bu açıqlamasının seçkiyə hesablandığını düşünmək mümkündür, çünki soydaşlarımızın sülh şəraitində öz yurdlarına qayıdışı məsələsi aktuallığını itirməyib. Publika.az xəbər verir ki, seçkilərdən sonra Azərbaycan-Ermənistan yekun sülh sazişinin imzalanması gözlənilir. Tərəflər arasında uzunmüddətli və davamlı sülh üçün açıq qalan bütün məsələlər həllini tapmalıdır. Azərbaycanlıların qovulduqları yurdlarına qayıdışı da bu məsələlərdən biridir və qayıdış haqqı beynəlxalq hüquqda öz əksini tapır. Məsələ Ermənistanda müxalifətin iddia etdiyi formada baş verməyəcək. Azərbaycanlılar öz yurdlarına – SSRİ dövründə vətəndaşı olduqları Ermənistana sülh şəraitində qayıdacaqlar. Vaxtilə azərbaycanlıların qovulduqları kəndlərin əksəriyyətinin boş qalması da o deməkdir ki, qayıdış Ermənistandakı demoqrafik və sosial-iqtisadi problemlərin həllinə də töhfə verə bilər. Lakin bu, sülh müqaviləsinin imzalanmasından sonrakı dövrün məsələsidir. Hazırda isə soydaşlarımızın qayıdışının Ermənistan seçkilərində ittiham mövzusuna çevrilməsi müxtəlif iddiaların irəli sürülməsi ilə nəticələnib. Bunlar arasında erməni şərhçi David Mkrtçyanın iddiaları diqqət çəkir. Mkrtçyan iddia edir ki, azərbaycanlıların qayıdışı məsələsi Bakı və İrəvan arasında qeyri-rəsmi şəkildə razılaşdırlıb. “Bu, qeyri-rəsmi mövcud olan iki şərtdən biridir. Birinci şərt ictimaiyyətə məlumdur, söhbət Ermənistan konstitusiyasının dəyişdirilməsindən gedir, ikinci şərt isə məhz azərbaycanlıların qayıdışıdır. Seçkilərdən sonra bu şərtlər həyata keçiriləcək”, - erməni şərhçi iddia edib. Bu iddianın da seçki prosesində hakimiyyəti ittiham etməyə hesablandığı bəllidir. Lakin Bakı və İrəvan arasında bununla bağlı müəyyən danışıqların aparıldığı və mümkün razılaşmanın olması da istisna deyil, çünki məsələ sülh prosesinin tərkib hissəsidir. Mövcud vəziyyətdə isə Ermənistandakı seçkilərin nəticələrini Qərbi azərbaycanlıların həll etdiyi görünür. Müəllif: Asif “Ermənistan tələdən xilas oldu” - Paşinyandan Qarabağla bağlı şok açıqlama - VİDEO Ermənistan Avropa bazarına çıxır – Brüsselin İrəvana təcili dəstək planı Erməni mallarına qadağa, miqrantların “ovu” – Rusiya iqtisadi müharibəyə başladı Seçki debatında Azərbaycana görə dava düşdü - Bu ərazilər niyə qaytarılıb? Paşinyanı öldürmək istəyən şəxs barədə qərar Köçəryandan Türkiyə ilə bağlı şok iddia - Paşinyan nə edir? Günün ulduz falı: üzərinizə düşən öhdəliklər qəfil artacaq SEPAH-dan iddia: Küveyt aeroportunu ABŞ vurub Azərbaycanda dəhşətli qətl: Dayısının həyat yoldaşını öldürdü - Yeniləndi Roza Zərgərli Ramzan Kadırovla görüşündən danışdı: Şəxsən özü göstəriş vermişdi ki İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi 10 min manat oğurlayıb brend geyimlər aldı Azərbaycanda ödəniş kartları ilə bağlı yenilik tətbiq ediləcək Şimşək çaxacaq, dolu düşəcək - Hava ilə bağlı xəbərdarlıq
Diğer Haberler

Bişkek meriyası yanacaqdoldurma məntəqələrini şəhər hüdudlarından kənara çıxarmağı planlaşdırır. Avtomobil sahibləri nə düşünür?

Qırğızıstan və Özbəkistan Tacikistandan gələn böyük narkotik alveri şəbəkəsini ləğv ediblər
