Ermənistan Rusiyadan "boşanma"nı RƏDD ETDİ
Ermənistanın Rusiyadan ayrılmaq planı yoxdur və uşaqları paylaşmaq da planlaşdırılmır Publika.az xəbər verir ki, bu fikirləri respublika parlamentinin sədri Alen Simonyan 24news.am nəşrinin "YouTube" kanalına şərhində bildirib Siyasətçi qeyd edib ki, ölkəsi Rusiya Federasiyası ilə münasibətləri kə

Ermənistanın Rusiyadan ayrılmaq planı yoxdur və uşaqları paylaşmaq da planlaşdırılmır Publika.az xəbər verir ki, bu fikirləri respublika parlamentinin sədri Alen Simonyan 24news.am nəşrinin "YouTube" kanalına şərhində bildirib Siyasətçi qeyd edib ki, ölkəsi Rusiya Federasiyası ilə münasibətləri kəsmək məqsədi güdmür Onun sözlərinə görə, Moskva və İrəvan arasında yaranan mübahisələr tərəflərin qarşılıqlı mövqe mübadiləsi apardığı adi siyasi dialoqun bir hissəsidir. Simonyan vurğulayıb ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvü olaraq qalır və bu təşkilatdan çıxmaq barədə heç bir müzakirə aparılmır Mayın 9-da Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avropa İttifaqına qoşulmaq planlarının xüsusi nəzərdən keçirilməsinə ehtiyac olduğunu bəyan edib. Rusiya lideri bu məsələ ilə bağlı respublikada referendumun keçirilməsini təklif edib. O qeyd edib ki, əgər erməni xalqı bu təşəbbüsə səs verərsə, Rusiya mülayim, sivil və qarşılıqlı faydalı bir ayrılıq yolu ilə gedə bilər Buna cavab olaraq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, respublika lazımi vaxtda Avropa İttifaqı və ya Avrasiya İqtisadi İttifaqı arasında seçimini edəcək. Nazir qeyd edib ki, hazırda Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür, lakin ölkə xalqının Avropaya meyil etməsi heç kimə sirr deyil Rusiyanın maraqlarına xələl gətirmək niyyətimiz yoxdur - Paşinyan Paşinyan Putinə cavab verdi: Seçim etmək zərurəti yaranarsa… Paşinyan Moskvadakı parada getməkdən imtina etdi - Putinə nələr deyib? Beynəlxalq Cinayət Məhkəməsi rəhbərinin İrəvana ilk səfərinin məqsədi nədir? Ermənistan silah ixracına nəzarəti sərtləşdirir: Bundan sonra… Kütləvi dron hücumu: İrəvana uçuşlar təxirə salındı “Başıma pis hadisə gələcəyini hiss edirdim" Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı Farah Zeynep Abdullaha nə olub? - FOTO Daha bir müntəzəm marşrutun avtobusları yenilənir Maraqlı geyim tərzi ilə göz qamaşdırdı - FOTO Qarabağla bağlı irad Paşinyanı qəzəbləndirdi: Səni tualetdə öldürərdilər - VİDEO Moskvadan Brüsselə sərt ittiham: Avropa İttifaqı şansını birdəfəlik itirdi


