Ermənistan parlamentində kim neçə yer qazandı?
Ermənistan Mərkəzi Seçki Komissiyasının səsvermənin yekun nəticələrinə dair son məlumatları əsasında yeni parlamentdə yerlərin dəqiq bölgüsü məlum olub Modern.az xəbər verir ki, Milli Məclisdəki ümumi 105 rəsmi kürsüdən 61-ni Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiya

Ermənistan Mərkəzi Seçki Komissiyasının səsvermənin yekun nəticələrinə dair son məlumatları əsasında yeni parlamentdə yerlərin dəqiq bölgüsü məlum olub Modern.az xəbər verir ki, Milli Məclisdəki ümumi 105 rəsmi kürsüdən 61-ni Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası əldə edib Digər mandatlar isə siyasi qüvvələr arasında aşağıdakı daxili qrafiklə bölünüb: "Güclü Ermənistan" Bloku – 28 kürsü "Ermənistan" Bloku – 11 kürsü "Çiçəklənən Ermənistan" Partiyası – 5 kürsü Qeyd edək ki, 105 yerlik parlamentdə təkbaşına hökumət formalaşdırmaq üçün "50% + 1 səs" (ən azı 53 mandat) tələb olunduğundan, Paşinyanın partiyası 61 kürsü ilə koalisiyasız, yenidən təkbaşına kabinet qurmaq hüququnu rəsmən təmin edib. Lakin bu nəticə hakim partiyanın parlamentdəki əvvəlki hegemon mövqeyini əhəmiyyətli dərəcədə itirdiyini göstərir


