Tenqri
Ana Səhifə
Dünya

Ermənistan parlamentində hansı partiya neçə mandata sahibləndi - RƏSMİ

Ermənistanda iyunun 7-də keçirilmiş parlament seçkilərində Baş nazir Nikol Pashinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” Partiyasının qələbə çaldığı rəsmi şəkildə elan olunub Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin rəsmi nəticələrini açıqlayıb Seçkilərdə ölk

0 baxışmodern.az
Ermənistan parlamentində hansı partiya neçə mandata sahibləndi - RƏSMİ
Paylaş:

Ermənistanda iyunun 7-də keçirilmiş parlament seçkilərində Baş nazir Nikol Pashinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” Partiyasının qələbə çaldığı rəsmi şəkildə elan olunub Modern.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin rəsmi nəticələrini açıqlayıb Seçkilərdə ölkədəki ümumi seçici sayının 58,9 faizinə bərabər olan 1 milyon 476 min 769 nəfər iştirak edib Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” Partiyası səslərin 49,74 faizini toplayaraq parlamentdə çoxluğu və hökuməti formalaşdırmaq hüququnu qazanıb Parlamentə daxil olmağı bacaran digər iki siyasi qüvvə isə iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku (23,27 faiz səs) və sabiq prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” bloku olub (9,9 faiz səs) Parlamentdə mandatlar aşağıdakı kimi bölüşdürüləcək: “Vətəndaş müqaviləsi” Partiyası - 61 mandat; “Güclü Ermənistan” bloku - 28 mandat; “Hayastan” bloku - 12 mandat Bu arada altı siyasi təşkilat Mərkəzi Seçki Komissiyasının binası qarşısında iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələri və ölkədəki siyasi vəziyyətlə bağlı birgə bəyanatla çıxış edib “Güclü Ermənistan” və “Ermənistan” blokları, həmçinin “Çiçəklənən Ermənistan”, “İşıqlı Ermənistan”, “Erməni Milli Konqresi” və “Milli Demokratik Qütb” partiyalarının bəyanatında deyilir ki, parlament seçkisi onun azad, ədalətli və rəqabətli xarakterini əsaslı şəkildə şübhə altına alan şəraitdə baş tutub

Kaynak: modern.az

Diğer Haberler