Ermənistan MSK Karapetyanın blokunu seçki yarışından kənarlaşdırmaqdan imtina edib
Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” blokunun iyunun 7-nə təyin olunmuş parlament seçkilərində iştirak üçün qeydiyyatının ləğvi ilə bağlı müraciəti təmin etməyib Ermənistan mediasının məlumatına görə, qərar iyunun 5-də keçiril

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” blokunun iyunun 7-nə təyin olunmuş parlament seçkilərində iştirak üçün qeydiyyatının ləğvi ilə bağlı müraciəti təmin etməyib Ermənistan mediasının məlumatına görə, qərar iyunun 5-də keçirilən növbədənkənar iclasda qəbul olunub. Müvafiq tələblə MSK-ya məhz “Respublika” Partiyası müraciət etmişdi Bundan əvvəl Mərkəzi Seçki Komissiyası “Güclü Ermənistan” blokuna qarşı irəli sürülmüş daha bir vəsatəti də yekdilliklə rədd etmişdi. Həmin müraciət hüquq-mühafizə orqanlarına seçicilərin ələ alınması ilə əlaqəli olduğu iddia edilən cinayət işləri barədə məlumatların təqdim olunmasını nəzərdə tuturdu


