Ermənistan cəzalandırılacaq - Lavrov
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük haqlarını uzun müddətdir ödəmir, bununla bağlı təşkilatın nizamnaməsində nəzərdə tutulan tədbirlərin tətbiqi müzakirə edilir Modern.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasın

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük haqlarını uzun müddətdir ödəmir, bununla bağlı təşkilatın nizamnaməsində nəzərdə tutulan tədbirlərin tətbiqi müzakirə edilir Modern.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib “Bu vəziyyətdə nə etmək lazımdır? Bu məsələni bu gün müzakirə etdik. Ermənistanın KTMT büdcəsi qarşısında iki ildən artıqdır yaranmış borcu var. Bu hal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsində nəzərdə tutulub. Bu gün müvafiq maddənin tətbiqi imkanlarını nəzərdən keçirmək barədə razılığa gəldik”, – Lavrov bildirib Qeyd edək ki, KTMT Nizamnaməsinin 20-ci maddəsinə əsasən, üzv dövlət təşkilatın büdcəsi qarşısında yaranmış borcunu iki il ərzində ödəmədiyi təqdirdə, Kollektiv Təhlükəsizlik Şurası həmin ölkənin vətəndaşlarının təşkilatda kvota əsasında tutulan vəzifələrə namizəd göstərilməsi hüququnun dayandırılması, həmçinin borc tam ödənilənədək səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul edə bilər Bundan əlavə, maddədə qeyd olunur ki, üzv dövlət Nizamnamənin müddəalarını, eləcə də Kollektiv Təhlükəsizlik Şurasının və təşkilatın digər orqanlarının qərarlarını yerinə yetirmədikdə, onun təşkilatın fəaliyyətində iştirakı dayandırıla və ya üzvlüyünə xitam verilə bilər Belə qərarlar həmin dövlətin səsi nəzərə alınmadan qəbul edilir


