Tenqri
Ana Səhifə
Dünya

Ermənistan Azərbaycandan qaz almaq istəyir

Rusiyadan qaz tədarükündə problemlər yaranacağı və ya qiymətlərin artacağı təqdirdə ölkə alternativ təchizatçıları nəzərdən keçirə bilər Modern.az xəbər verir ki, bunu Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının sədri Mesrop Mesropyan bildirib Onun sözlərinə görə, belə bir vəziyy

0 baxışmodern.az
Ermənistan Azərbaycandan qaz almaq istəyir
Paylaş:

Rusiyadan qaz tədarükündə problemlər yaranacağı və ya qiymətlərin artacağı təqdirdə ölkə alternativ təchizatçıları nəzərdən keçirə bilər Modern.az xəbər verir ki, bunu Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının sədri Mesrop Mesropyan bildirib Onun sözlərinə görə, belə bir vəziyyət yaranarsa, alternativ bazar və resursların axtarılması təbii olacaq: "Alternativlər qonşu ölkələrdə - Azərbaycanda, Türkmənistanda, İranda və qaz satan, həmçinin onu nəql etməyə imkan verən infrastruktura malik digər dövlətlərdə mövcuddur", - deyə Mesropyan brifinq zamanı bildirib Sədr qeyd edib ki, hazırda qazın qiymətinin artırılması ilə bağlı nə rəsmi danışıqlar, nə də hər hansı bildiriş var. Mövcud müqavilə şərtləri isə 2027-ci ilə qədər qüvvədə qalır Mesropyan vurğulayıb ki, qazın bahalaşması ölkənin enerji sisteminə təsir göstərə bilər. Çünki Ermənistanda elektrik enerjisinin əhəmiyyətli hissəsi istilik elektrik stansiyalarında (İES) istehsal olunur. Bununla belə, günəş enerjisinin inkişafı mümkün mənfi təsirləri qismən yumşalda bilər

Kaynak: modern.az

Diğer Haberler