Tenqri
Ana Səhifə
Dünya

Sülh, yoxsa əbədi müharibə? – Erməni xalqı 7 iyunda öz gələcəyini seçəcək

Ermənistan seçkilərində əsas kampaniya Qarabağ məsələsi üzərindən aparılır. Hakim komanda Nikol Paşinyanın rəhbərliyi ilə sülh proqramını irəli sürür, opponentləri, xüsusilə Rusiyanın açıq şəkildə dəstək verdiyi Robert Köçəryan və Samvel Karapetyanın liderlik etdiyi revanşistlər “ermənilərin Qarabağ

0 baxışpublika.az
Sülh, yoxsa əbədi müharibə? – Erməni xalqı 7 iyunda öz gələcəyini seçəcək
Paylaş:

Ermənistan seçkilərində əsas kampaniya Qarabağ məsələsi üzərindən aparılır. Hakim komanda Nikol Paşinyanın rəhbərliyi ilə sülh proqramını irəli sürür, opponentləri, xüsusilə Rusiyanın açıq şəkildə dəstək verdiyi Robert Köçəryan və Samvel Karapetyanın liderlik etdiyi revanşistlər “ermənilərin Qarabağa qayıdışı”, “Bakıda saxlanılan ermənilər” kimi qondarma iddiaları təkrarlayır, Azərbaycanla sülh razılaşmalarını yenidən nəzərdən keçirmək çağırışları edirlər. Karapetyan iddia edir ki, əldə olunmuş sülh razılaşmaları Ermənistanın əleyhinədir və hakimiyyətə gələcəklərsə, bunu yenidən nəzərdən keçirəcəklər. Köçəryan da “Azərbaycanla sülh müqaviləsini “sülhü təmin edəcək düzəlişlərlə” imzalayacağıq” tezisini irəli sürür. Regionda müharibə risklərini yenidən aktuallaşdıracaq bu tezisin Rusiyadan gəldiyi sirr deyil. Moskva keçmiş münaqişə üzərindən regiondakı rıçaqlarını qaytarmaq və Qərblə geosiyasi mübarizədə güc balansını saxlamağa çalışır. Bu baxımdan Ermənistandakı seçkilər təkcə bu ölkənin yox, regionun gələcək istiqaməti üçün həlledici an hesab oluna bilər. - Azərbaycan-Ermənistan sülh razılaşmaları və regionda davamlı sülhün gələcəyi həll olunur; - Bölgədə güc balansı Qərbin – ABŞ və Avropa İttifaqının xeyrinə dəyişə, ən azı Rusiyanın təsir imkanları əvvəlki qədər güclü olmaya bilər; Rusiyanın revanşistlərə, Qərbin isə Nikol Paşinyana “yatırım” etməsinin səbəbləri bundan qaynaqlanır. Lakin proseslərin inkişafında bir məqam xüsusilə diqqət çəkir: Ermənistandakı revanşistlərin ortaya atdığı Qarabağ kartı və qisas təbliğatına Rusiya ilə yanaşı, Qərbdən də dəstək verilir. Son hadisələr – Avropa parlamentində revanşistlərin propaqandasına uyğun qətnamənin qəbul edilməsi, ardınca İsveçrədə keçmiş “Qarabağ separatçıları”na dəstək bunu təsdiq edir. Keçmiş separatçıların qondarma “parlamenti”nin “spikeri” Aşot Danielyanın rəhbərlik etdiyi heyət Berndə İsveçrə parlamentinin üzvləri ilə görüşüb. Görüşdə “ermənilərin Qarabağa qayıdışı”, “Bakıda saxlanılan ermənilərin azad edilməsi” kimi əsassız məsələlər müzakirə olunub. İsveçrə parlamentinin üzvləri separatçılara dəstək ifadə ediblər. Bu, Qərb və Rusiyanın Ermənistandakı revanşistlərlə eyni təbliğat cəbhəsində yer alması deməkdir və bəllidir ki, prosesin arxasında erməni diasporu/lobbisinin böyük rolu var. Qərbdə separatizmə verilən açıq dəstəyə paralel şəkildə Rusiyada da analoji addımlar atılır. Yesentukidə qoyulan “Tatik-Papik” abidəsinin separatizmin dirildilməsi cəhdi olduğu aydın görünür. Bütün bunlar - separatizmi diriltmək cəhdləri sülh prosesini pozmaq və regionu yenidən müharibəyə sürükləmək məqsədinə xidmət edir. Və Ermənistan seçkilərində sülh proqramından çıxış Paşinyana dəstək verən Qərb Qarabağ məsələsində Rusiya və revanşistlərlə eyni cəbhədən çıxış etdiyi görünür. Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin İrəvanda keçirilən 8-ci zirvə toplantısında Qərbin də regionu müharibəyə sürükləmək prosesində aktiv iştirakını açıq şəkildə bildirmiş, Avropa strukturlarının - AŞPA və Avropa Parlamentinin anti-sülh oyunlarını ifşa etmişdi. Dövlət başçısı bu çıxışı ilə milli maraqları hər şeydən üstün tutduğunu bir daha nümayiş etdirdi. Çünki bir çox regional liderlər Qərb dövlətlərinin başçıları qarşısında xoş sözlər deməyə çalışır, bir sıra məsələni milli maraqlarının əleyhinə olsa belə, dilə gətirmirlər. Prezident İlham Əliyev isə Azərbaycanın maraqlarını bütün platformalarda açıq şəkildə müdafiə edir. Ermənistandakı seçki prosesinin detalları, xüsusilə Qarabağ məsələsində Qərbin də Rusiya və revanşistlərlə birlikdə hərəkət etməsi Azərbaycan liderinin nə qədər haqlı olduğunu təsdiq edir. Baş verənlər onu da təsdiq edir ki, Azərbaycan Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbində də haqlıdır. Rəsmi Bakı yekun sülh müqaviləsinin imzalanması üçün əsas şərt kimi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı mövcud konstitusiyasının dəyişdirilməsini irəli sürüb. Bu şərt həm Paşinyan hakimiyyəti, həm də Qərbdə bir sıra dairələr tərəfindən etirazla qarşılanmışdı. Rəsmi İrəvan sülh sazişində üzərinə götürdüyü tələbləri göstərərək, mövcud konstitusiyanın mane olmadığını deyir, Avropada da buna dəstək verilirdi. Halbuki, Paşinyan hakimiyyəti sülh proqramından çıxış etsə də, mümkün hakimiyyət dəyişikliyi ciddi risklər yaradır. Azərbaycana qarşı konstitusiyadan imtina edilmədən yekun sülh müqaviləsi imzalanarsa, hakimiyyətə gələn revanşistlər “ana qanunu” əsas götürərək, sülh razılaşmalarından imtina edəcək və yenidən ərazi iddialarını irəli sürəcəklər. Seçki kampaniyasında revanşistlər bunu açıq şəkildə dilə gətirirlər. Bu baxımdan Ermənistan konstitusiyası dəyişmədən – Azərbaycana qarşı ərazi iddialarından imtina edilmədən yekun sülh sazişi imzalanmayacaq. Rəsmi Bakının mövqeyi budur. Baş verənlər erməni xalqına da seçimlərinin gələcəyə təsirinin necə olacağını göstərdi. Ermənilər sülh və əmin-amanlıq içində yaşamaq istəyirlərsə, sülhə və yeni konstitusiyaya səs verməlidir. Bunun əksi yeni müharibələr deməkdir. Bu seçkilər erməni xalqının hansı gələcəyi seçəcəyini də təyin edəcək: əbədi sülh, yoxsa əbədi müharibə?! Asif Nərimanlı BMT-də seçkini uduzan Almaniya: reanimasiyada olan AFR - ŞƏRH Mürəkkəb “taxt oyunları” və gizli planlar - Ermənistandakı seçkinin pərdəarxası Separatizmin “dirildilməsi” - Avropada Rusiyanın seçki planına dəstək Azərbaycan artıq beynəlxalq diplomatiya paytaxtlarından biridir - Aydın Mirzəzadə Paşinyan Ərdoğanla niyə indi danışdı? - İrəvanın Ankaradan bu istəkləri var “Bakı Enerji Həftəsi”: Qlobal enerji gündəliyi Azərbaycanda formalaşır Azovda həlak olan azərbaycanlıların yaxınları nələr danışdı? - Video Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir Onlar vəzifədən azad edildilər - Sərəncam Bakıxanovda yaşayış binasında yanğın - Yeniləndi Azərbaycanla sülh sazişini imzalayacağıq, amma... - Köçəryandan sensasion iddia İlham Əliyev sərəncam imzaladı Türkiyə Fransa və Rusiyanı sıxışdırır - Ankaradan səssiz və strateji gediş Azərbaycanlıların öldüyü gəmini onlar vurub

Kaynak: publika.az

Diğer Haberler