Erməni mallarına qadağa, miqrantların “ovu” – Rusiya iqtisadi müharibəyə başladı
Rusiya seçkilərdə Ermənistan hakimiyyətinə təzyiq məqsədilə istifadə etdiyi iqtisadi rıçaqları sərtləşdirir. Publika.az xəbər verir ki, bu gün və sabahdan etibarən bir sıra erməni məhsullarının Rusiyaya idxalına qadağalar tətbiq olunur. “Rosselxoznadzor”un məlumatına görə, 2 iyundan etibarən Ermənis

Rusiya seçkilərdə Ermənistan hakimiyyətinə təzyiq məqsədilə istifadə etdiyi iqtisadi rıçaqları sərtləşdirir. Publika.az xəbər verir ki, bu gün və sabahdan etibarən bir sıra erməni məhsullarının Rusiyaya idxalına qadağalar tətbiq olunur. “Rosselxoznadzor”un məlumatına görə, 2 iyundan etibarən Ermənistandan təzə üzüm və çəyirdəkli meyvələrin – albalı, turş albalı, ərik, gavalı, şaftalının Rusiyaya, eləcə də Avrasiya İqtisadi Birliyinə üzv olan digər ölkələrə tədarükü məhdudlaşdırılıb. Səbəb kimi bu məhsulların sağlamlığa zərər verməsi göstərilsə də, qadağaların siyasi olduğu sirr deyil. Eyni məhdudiyyətlər daha öncə tərəvəz, çiyələk, balıq, həmçinin, “Cermux” şərablarına və digər şərab brendlərinə də tətbiq olunmuşdu. 3 iyundan etibarən isə badımcan, kartof, quru meyvələr kimi digər məhsulların da idxalı məhdudlaşdırılacaq. Eyni məhdudiyyətlər ümumilikdə erməni məhsullarının AİB bazarına çıxışına da aiddir. Rusiya erməni məhsullarını digər ölkələrdən idxalla əvəzləmək niyyətindədir. “Rusprodsoyuz” Assosiasiyasının İdarə Heyətinin sədr müavini Dmitri Leonov bildirib ki, Ermənistan əriklərinin yerini Türkiyə, Özbəkistan və Tacikistandan, albalıların yerinə isə Azərbaycan, Özbəkistan, Türkiyə və Moldovadan gələn tədarüklə doldurmaq istəyirlər. Bununla yanaşı, üzüm Türkiyə, Özbəkistan, Misir, Hindistan və Çindən, şaftalı və digər nektarlı meyvələr də Türkiyə, Azərbaycan, Özbəkistan və Gürcüstandan gətirilə bilər. “Hraparak” nəşri yazır ki, artıq Rusiyada erməni miqrantların sıxışdırılması prosesinə start verilib. Rusiyada yaşayan və rəsmi dairələrlə geniş əlaqələrə malik olduğu deyilən erməni politoloq Mariam Ovsepyan nəşrə açıqlamasında deyib ki, erməni miqrantlara qarşı xüsusi əməliyyatlar keçirilməsə də, sənədlərin yoxlanılması və nəzarət gücləndirilib. “Ermənilərin sənədləri daha diqqətlə yoxlanılır. Əmk müqaviləsi imzalandıqdan və ya qeydiyyatdan keçdikdən sonra daha ətraflı yoxlamalar aparılır. Ermənilər arasında təşviş yaşanır. Rusiya hələ heç bir praktiki tədbir görməsə də, bunun olacağı gözləntiləri var və bu, ermənilərin qorxuya salıb”, - o bildirib. Mariam Ovsepyan baş verənləri iqtisadi müharibə kimi qiymətləndirib. Asif “Ermənistan tələdən xilas oldu” - Paşinyandan Qarabağla bağlı şok açıqlama - VİDEO Ermənistan Avropa bazarına çıxır – Brüsselin İrəvana təcili dəstək planı Seçki debatında Azərbaycana görə dava düşdü - Bu ərazilər niyə qaytarılıb? Paşinyanı öldürmək istəyən şəxs barədə qərar Köçəryandan Türkiyə ilə bağlı şok iddia - Paşinyan nə edir? Ermənistan seçkilərini bu azərbaycanlılar həll edir - Bakı və İrəvan anlaşıb? Günün ulduz falı: üzərinizə düşən öhdəliklər qəfil artacaq SEPAH-dan iddia: Küveyt aeroportunu ABŞ vurub Azərbaycanda dəhşətli qətl: Dayısının həyat yoldaşını öldürdü - Yeniləndi Roza Zərgərli Ramzan Kadırovla görüşündən danışdı: Şəxsən özü göstəriş vermişdi ki İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi 10 min manat oğurlayıb brend geyimlər aldı Azərbaycanda ödəniş kartları ilə bağlı yenilik tətbiq ediləcək Şimşək çaxacaq, dolu düşəcək - Hava ilə bağlı xəbərdarlıq
Diğer Haberler

Bişkek meriyası yanacaqdoldurma məntəqələrini şəhər hüdudlarından kənara çıxarmağı planlaşdırır. Avtomobil sahibləri nə düşünür?

Qırğızıstan və Özbəkistan Tacikistandan gələn böyük narkotik alveri şəbəkəsini ləğv ediblər
