Erman Toroğlunun aylıq gəliri heyrət doğururdu
Keçmiş hakim və idman şərhçisi Erman Toroğlunun qatıldığı bir televiziya proqramında verdiyi ifadələrə görə "ictimaiyyətə yalnış məlumat yaymaq" ittihamı ilə mühakimə olunduğu işdə qərar verilib. İstanbul 56-cı Ağır Cəza Məhkəməsində baxılan prosesdə hakim Erman Toroğluna bəraət hökmü çıxarıb İcla

Keçmiş hakim və idman şərhçisi Erman Toroğlunun qatıldığı bir televiziya proqramında verdiyi ifadələrə görə "ictimaiyyətə yalnış məlumat yaymaq" ittihamı ilə mühakimə olunduğu işdə qərar verilib. İstanbul 56-cı Ağır Cəza Məhkəməsində baxılan prosesdə hakim Erman Toroğluna bəraət hökmü çıxarıb İclasda müdafiə çıxışı edən Erman Toroğlunun gəliri ilə bağlı dediyi sözlər diqqət çəkib. Toroğlu məhkəmədəki ifadəsində “Mənim orta gəlirim 600-700 min lirədir” deyib Ona qarşı irəli sürülən ittihamlarla bağlı danışan Toroğlu, "Niyə burada olduğumu anlaya bilmədim. Gecə saat 10.30-da proqram hazırlayırdım. Qalatasaray prezidentinin federasiya prezidentinə etdiyi hərəkətlə bağlı nəsə öyrənməyə çalışdım. Ertəsi gün məni məhkəmədən çağırdılar, əvvəlcə şahid oldum, sonra müttəhim oldum" dedi Müdafiəsinə davam edən Toroğlu Türkiyə Futbol Federasiyasının prezidentinin ona mesaj göndərdiyini iddia edərək, "Erman müəllim, sizi sevirəm. Qurban olmanızı istəmirəm. Lazım olanda bunu izah edəcəyəm. Bunu ilk dəfə burada izah edirəm" dedi İclasda fikrini açıqlayan dövlət ittihamçısı Erman Toroğlunun 1 ildən 3 ilə qədər azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesinin sonunda Toroğluya bəraət verib


