Ərdoğan və von der Leyen Türkiyə-AB münasibətlərini müzakirə ediblər
BAKI, Azərbaycan, 20 may. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə telefon danışığı keçirib Söhbət zamanı Türkiyə ilə Aİ arasındakı əlaqələr, regional və beynəlxalq hadisələr müzakirə edilib Ərdoğan vurğulayıb ki, Türkiyə atəşkəsə əməl olunmasın

BAKI, Azərbaycan, 20 may. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə telefon danışığı keçirib Söhbət zamanı Türkiyə ilə Aİ arasındakı əlaqələr, regional və beynəlxalq hadisələr müzakirə edilib Ərdoğan vurğulayıb ki, Türkiyə atəşkəsə əməl olunmasına və bölgədə sülhün bərqərar olmasına, həmçinin Hörmüz boğazının tezliklə açılmasına tərəfdardır Danışıqların əsas mövzularından biri Türkiyənin Aİ ilə iqtisadi inteqrasiyasının gücləndirilməsi və ikitərəfli gündəliyə daxil olan məsələlərin həlli olub Prezident Ərdoğan bildirib ki, bölgədəki gərginlik Türkiyə ilə Aİ arasında münasibətlərin strateji əhəmiyyətini bir daha ortaya qoyub. Türkiyə Prezidenti Ankaranın Avropa Təhlükəsizlik Strategiyası təşəbbüslərində iştirakının faydalı olduğunu, Türkiyə ilə Aİ arasında Gömrük İttifaqının yenilənməsinin vacibliyini, Ankara ilə Brüssel arasında hərtərəfli əməkdaşlığın inkişafının fundamental əhəmiyyətini vurğuladı


