Ərdoğan: Bölgə rahat nəfəs aldı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasında münaqişənin həlli ilə bağlı əldə olunan razılaşmaları alqışlayıb. Ərdoğan bunu Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib "Dünən gecə fevralın 28-də başlayan müharibənin sona çatması istiqamətində çox mühüm addım at

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasında münaqişənin həlli ilə bağlı əldə olunan razılaşmaları alqışlayıb. Ərdoğan bunu Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib "Dünən gecə fevralın 28-də başlayan müharibənin sona çatması istiqamətində çox mühüm addım atıldı. ABŞ-la İran arasında münaqişəyə son qoyulması üçün razılığın əldə olunduğu açıqlandı. Beləliklə, aylardır gərginlik içində olan bölgəmiz rahat nəfəs aldı Biz əvvəldən Pakistan, Qətər və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə həyata keçirilən səyləri güclü şəkildə dəstəkləmişik. Biz əldə olunan razılaşmadan razıyıq və müharibə səhifəsinin bağlanacağına inanırıq”, - deyə Türkiyə lideri bildirib Bundan əvvəl Pakistanın baş naziri Şahbaz Şərif ABŞ və İran arasında razılığın əldə olunduğunu açıqlamışdı. Onun sözlərinə görə, sənədin iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılır və tərəflər artıq hərbi əməliyyatların dərhal dayandırılması barədə razılığa gəliblər


