Ərdoğan Paşinyanı qələbə münasibətilə təbrik edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyana rəhbərlik etdiyi “Mülki Müqaviləsi” partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik məktubu göndərib “Xalqım adından və şəxsən öz adımdan Sizi rəhbərliyiniz altında 7 iyun 2026-cı ildə Ermənistan Respu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyana rəhbərlik etdiyi “Mülki Müqaviləsi” partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik məktubu göndərib “Xalqım adından və şəxsən öz adımdan Sizi rəhbərliyiniz altında 7 iyun 2026-cı ildə Ermənistan Respublikasında keçirilən parlament seçkilərində qazandığınız “Mülki Müqavilə” partiyasının uğuru münasibətilə səmimi qəlbdən təbrik edir, üçüncü dəfə hökumətin formalaşdırılmasında sizə uğurlar arzulayıram”, - Ermənistan KİV-i Ərdoğanın mesajından sitat gətirir “Bölgədə uzunmüddətli sülh və sabitliyin bərqərar olunması və bu istiqamətdə lazımi əməkdaşlığın təmin edilməsi ilə bağlı strateji baxışınızın uğurla həyata keçiriləcəyinə tam əminəm”, - deyə Türkiyə Prezidenti əlavə edib Ərdoğan Paşinyana “Ermənistan xalqına sağlamlıq və rifah, firavanlıq və xoşbəxtlik” arzulayıb İyunun 7-də Ermənistan parlamentinə seçkilər keçirilib.Seçkilərin ilkin nəticələrinə görə, hakim Vətəndaş Müqaviləsi Partiyası (49,825% səslə), müxalifətin “Güclü Ermənistan” (23,281%) və Ermənistan (9,934%) blokları parlamentə daxil olur. Seçkinin yekun nəticələri iyunun 14-də açıqlanacaq

