Ərdoğan İranın hərəkətlərindən narazıdır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranla müharibə zamanı Ərbilə və İraq ərazisinin digər hissələrinə edilən hücumlardan narahatlığını ifadə edərək, Ankaranın münaqişənin regionun digər ölkələrinə yayılmasını istəmədiyini bildirib Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranla müharibə zamanı Ərbilə və İraq ərazisinin digər hissələrinə edilən hücumlardan narahatlığını ifadə edərək, Ankaranın münaqişənin regionun digər ölkələrinə yayılmasını istəmədiyini bildirib Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, bu barədə Ərdoğan İstanbulda İraq Kürdüstan Regional Rəhbərliyinin baş naziri Məsrur Bərzani ilə görüşü zamanı bildirib Ərbil və İranın kürd müxalifət partiyalarının İraq Kürdüstanındakı bazaları ABŞ və İsrailin İranla müharibəsi başlayandan bəri İslam Respublikası tərəfindən dəfələrlə raket və pilotsuz təyyarə hücumlarına məruz qalıb Ərdoğan bildirib ki, Türkiyə hazırkı dövrdə İraq Kürdüstan Regional Rəhbərliyi ilə həmrəylik nümayiş etdirməyə davam edəcək. Tərəflər həmçinin İraqda baş verənləri, regional sabitlik, ticarət, nəqliyyat və enerji əməkdaşlığını müzakirə ediblər


