Tenqri
Ana Səhifə
Dünya

Ərdoğan Aİ-ni Türkiyə ilə tamamlamaq istəyir

Ankaranın iştirakı olmadan Avropa arxitekturası “tam ola bilməz”. Bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın 9 May - Avropa Günü ilə bağlı yaydığı bəyanatda deyilir Türkiyə dövlət başçısı Avropa Gününü “sülh, əməkdaşlıq və qarşılıqlı hörmətə əsaslanan ortaq gələcək qurmaq məqsədinin konkret n

0 baxışhaqqin.az
Ərdoğan Aİ-ni Türkiyə ilə tamamlamaq istəyir
Paylaş:

Ankaranın iştirakı olmadan Avropa arxitekturası “tam ola bilməz”. Bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın 9 May - Avropa Günü ilə bağlı yaydığı bəyanatda deyilir Türkiyə dövlət başçısı Avropa Gününü “sülh, əməkdaşlıq və qarşılıqlı hörmətə əsaslanan ortaq gələcək qurmaq məqsədinin konkret nümayişi” adlandırıb Prezident Ərdoğan Türkiyənin Avropa Birliyinə daxil olmasının “strateji əhəmiyyətini” vurğulayaraq, “AB-nin Ankaraya Türkiyənin Aİ-yə ehtiyacından çox ehtiyacı olduğunu və bu ehtiyac gələcəkdə daha da artacağını” qeyd edib "Qlobal miqyasda nəticələri hiss olunan müharibələr, siyasi böhranlar və iqtisadi problemlər Avropa İttifaqından daha əhatəli və birləşdirici siyasət tələb edir. Türkiyə Aİ-yə namizəd ölkə olaraq bu prosesin əsas və əvəzsiz elementi olaraq qalır. Aydındır ki, Türkiyənin iştirakı olmadan Avropa arxitekturası böhran idarəçiliyində natamam və zəif olacaq" Ərdoğan həmçinin vurğulayıb ki, Ankara Avropa İttifaqı ilə münasibətləri “qarşılıqlı faydalı yanaşma və tamhüquqlu üzvlük perspektivi əsasında” inkişaf etdirməyə çalışır və Brüsseldən də “oxşar səmimiyyət nümayiş etdirməsini” gözləyir

Kaynak: haqqin.az

Diğer Haberler