Tenqri
Ana Səhifə
Dünya

Ərdoğan bu səfərin Qazaxıstan-Türkiyə əlaqələri üçün tarixi əhəmiyyətini qeyd edib

ASTANA, Qazaxıstan, 14 may. Bu səfər Qazaxıstan və Türkiyə arasında birliyin möhkəmlənməsinə mühüm töhfə verəcək, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada məhdud tərkibdə keçirilən görüşdə Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevlə danışıqlar zamanı bildirib Görüşdə Tokayev Ərdoğana onun

0 baxıştrend.az
Ərdoğan bu səfərin Qazaxıstan-Türkiyə əlaqələri üçün tarixi əhəmiyyətini qeyd edib
Paylaş:

ASTANA, Qazaxıstan, 14 may. Bu səfər Qazaxıstan və Türkiyə arasında birliyin möhkəmlənməsinə mühüm töhfə verəcək, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada məhdud tərkibdə keçirilən görüşdə Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevlə danışıqlar zamanı bildirib Görüşdə Tokayev Ərdoğana onun dəvətini qəbul etdiyinə və Qazaxıstana dövlət səfərinə görə təşəkkür edib "Əminliklə demək olar ki, səfəriniz müstəsna əhəmiyyətə malikdir və tarixi hadisədir. Şübhəsiz ki, budəfəki səfəriniz ikitərəfli əməkdaşlığa güclü təkan verəcək. Qazaxıstan və Türkiyəni ardıcıl dostluq, qardaşlıq münasibətləri və əbədi tərəfdaşlıq bağlayır. Dövlətlərimiz arasında heç bir ziddiyyət və fikir ayrılığı yoxdur", - Tokayev deyib Qazaxıstan prezidenti ötən il Türkiyəyə rəsmi səfəri zamanı əldə olunan razılaşmaları da xatırladıb "Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib və burada çox mühüm qərarlar qəbul edilib. Bu gün Şuranın altıncı iclası, eləcə də böyük biznes forumu baş tutacaq. Sizinlə birlikdə Astanaya nümayəndə heyəti gəlib. Əminəm ki, səfəriniz uğurlu olacaq. Bu gün əməkdaşlığımızın parlaq gələcəyinə doğru böyük addım atırıq" Ərdoğan öz növbəsində Tokayevə səmimi qəbula görə təşəkkür edib "İlk növbədə, bizi əcdadlarımızın torpağına dəvət etdiyinizə görə minnətdarlığımı bildirmək istərdim. Bizə müstəsna qonaqpərvərlik göstərirsiniz. Qazaxıstanın hava məkanına daxil olduğumuz andan təyyarələrin müşayiəti də daxil olmaqla, nümayəndə heyətimin böyük şərəflə qarşılanması bizə böyük sevinc bəxş etdi. Bunu əlbəttə ki, unutmayacağıq", - Ərdoğan bildirib

Kaynak: trend.az

Diğer Haberler