Tenqri
Ana Səhifə
Dünya

"Epic Fury" "Balyoz"a çevriləcək

Atəşkəs pozularsa və Donald Tramp hərbi əməliyyatları bərpa etmək qərarına gələrsə, Pentaqon ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının adını “Epik Qəzəb”dən “Balyoz” adlandıra bilər. Bu barədə NBC News amerikalı rəsmilərə istinadən məlumat yayıb Telekanal aydınlaşdırır ki, əməliyyatın yeni a

0 baxışhaqqin.az
"Epic Fury" "Balyoz"a çevriləcək
Paylaş:

Atəşkəs pozularsa və Donald Tramp hərbi əməliyyatları bərpa etmək qərarına gələrsə, Pentaqon ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının adını “Epik Qəzəb”dən “Balyoz” adlandıra bilər. Bu barədə NBC News amerikalı rəsmilərə istinadən məlumat yayıb Telekanal aydınlaşdırır ki, əməliyyatın yeni adının müzakirəsi ABŞ-ın İrana hücumlara qayıtmaq niyyətinin ciddiliyindən xəbər verir. Eyni zamanda, atəşkəsin faktiki təsirinə baxmayaraq, "Epik Fury" əməliyyatı davam edir, Pentaqonun nümayəndələrindən biri NBC-yə bildirib Kanalın həmsöhbətləri iddia edirlər ki, hərbi əməliyyatlar bərpa olunarsa, ABŞ-ın bölgədəki hərbi mövcudluğu fevralda olduğundan xeyli çox olacaq. Pentaqonun rəhbəri Pit Heqsetin dediyinə görə, Birləşmiş Ştatlar “Epik Qəzəb” zamanı istifadə edilmiş bəzi avadanlığın dəyişdirilməsinə və yenidən silahlanmasına nail olub

Kaynak: haqqin.az

Diğer Haberler