EPIC Azərbaycanın bərabər əməkhaqqı və əmək qanunvericiliyi islahatlarını geniş işıqlandırıb
Bərabər Əməkhaqqı üzrə Beynəlxalq Koalisiyanın (EPIC) rəsmi saytında son illər Azərbaycanda əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirilməsi, əmək münasibətlərində gender bərabərliyinin dolğun təminatı üçün aparılan islahatlara dair məlumat dərc edilib Bu barədə Publ

Bərabər Əməkhaqqı üzrə Beynəlxalq Koalisiyanın (EPIC) rəsmi saytında son illər Azərbaycanda əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirilməsi, əmək münasibətlərində gender bərabərliyinin dolğun təminatı üçün aparılan islahatlara dair məlumat dərc edilib Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib Məlumatda cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödənilməsi ilə bağlı son vaxtlar milli qanunvericilikdə edilmiş dəyişiklik xüsusi vurğulanır. Bu addımın gender əsaslı bərabərsizliklərin azaldılmasına töhfə verməklə yanaşı, həm də inklüziv iqtisadi artımı dəstəklədiyi, ədalətli və şəffaf əməkhaqqı təyin edilməsi təcrübəsini təşviq etdiyi qeyd olunur Eyni zamanda, qadınların əmək bazarında iştirakının dəstəklənməsi, onların məşğulluq imkanlarının artırılması üçün son illər ölkəmizdə görülən işlər yüksək qiymətləndirilir. Qadın əməyi ilə bağlı qanunvericilik islahatları nəticəsində Azərbaycanın Dünya Bankının “Qadın, Biznes və Hüquq” üzrə 2024-cü il hesabat-reytinqdə öz indeksini 78,8-dən 85-ə yüksəltdiyi bildirilir. Qeyd edilir ki, Dünya Bankının 2026-cı il üzrə hesabat-reytinqində də ölkənin bu islahatlarının gender əsaslı ayrı-seçkiliyin aradan qaldırılması sahəsində ən yaxşı təcrübələrdən biri olduğu əksini tapıb Beynəlxalq Əmək Təşkilatı və BMT-nin Qadınlar Təşkilatı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəhbərlik etdiyi, Azərbaycan da daxil olmaqla 80-dək ölkənin üzv olduğu EPIC qadınlar və kişilər arasında bərabər əməkhaqqı ödənişi prinsipini qlobal səviyyədə təbliğ və təşviq edir, bu sahədə hökumətlərə və müvafiq təşkilatlara ekspertiza dəstəyi göstərir https://www.equalpayinternationalcoalition.org/en/whats_new/azerbaijan-advances-equal-pay-through-landmark-labour-law-reforms Narkotik qaçaqmalçılığı planı ifşa olundu Qadın sağlamlığı mövzusunda maarifləndirici görüş keçirildi - FOTO/VİDEO FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirdi Əli Əsədov qərar imzaladı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi Müəllimlərin attestasiya nəticələrinə uyğun olaraq təlimlər keçiriləcək Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var? Nərmin Əhmədovaya yüksək vəzifə verildi Əli Əsədov qərar imzaladı Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır Sabah 33 dərəcə isti olacaq Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı


