Tenqri
Ana Səhifə
Dünya

Şəhərsalmada ekoloji amillərin infrastruktura təsiri nəzərə alınır - Nazir müavini

BAKI, Azərbaycan, 19 may. Fövqəladə Hallar Nazirliyi genişmiqyaslı erkən xəbərdarlıq sistemi təşəbbüslərini dəstəkləyir, Trend -in məlumatına görə, bunu fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov WUF13 çərçivəsində keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlimə davamlı şəhərlər" adlı tə

0 baxıştrend.az
Şəhərsalmada ekoloji amillərin infrastruktura təsiri nəzərə alınır - Nazir müavini
Paylaş:

BAKI, Azərbaycan, 19 may. Fövqəladə Hallar Nazirliyi genişmiqyaslı erkən xəbərdarlıq sistemi təşəbbüslərini dəstəkləyir, Trend -in məlumatına görə, bunu fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov WUF13 çərçivəsində keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlimə davamlı şəhərlər" adlı tədbirdə çıxışı zamanı deyib Onun sözlərinə görə, əhalinin maarifləndirilməsi, fəlakət riskinin planlaşdırılması və yerli səviyyədə həyata keçirilməsi, o cümlədən kommunikasiya sistemlərinin təşkili mühüm əhəmiyyət kəsb edir "İqlimə davamlı şəhərlərin inkişafı və infrastrukturun iqlim dəyişikliyinə uyğunlaşdırılması əsas prioritetlər sırasındadır. Əsas amillərə ərazi planlaşdırma sənədlərinin hazırlanması, mühəndislik və layihələndirmənin optimallaşdırılması, şəhər infrastrukturunun iqlimə davamlı şəkildə qurulması daxildir. Tikinti, şəhərsalma və planlaşdırma işlərinin hər bir mərhələsində ətraf mühit amillərinin şəhər infrastrukturuna təsiri nəzərə alınır" O vurğulayıb ki, təbii fəlakətlərin təsirini yumşaltmaq və şəhərlərin ekoloji amillərə davamlılığını artırmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirilməlidir “Fövqəladə Hallar Nazirliyi enerjiyə qənaətcil işıqlandırma və istilik sistemlərindən istifadə, su təchizatı infrastrukturunun inkişafı, tikinti mütəxəssisləri arasında iqlim dəyişikliyi ilə bağlı məlumatlılığın artırılması, bərpa olunan enerji mənbələrindən istifadə, “ağıllı şəhər” konsepsiyası əsasında bina və tikililərin iqlimə davamlılığının artırılması istiqamətində ciddi işlər görür. nazir müavini əlavə edib Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının üçüncü günü davam edir Birinci gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, işgüzar sessiyalar və şəhərin rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi də olub Forumun ikinci günü tarixdə ilk dəfə keçirilən Liderlər Zirvəsi ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərin davamlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda WUF13 çərçivəsində Mexiko pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib 182 ölkədən 40 000-dən çox qeydiyyatdan keçmiş iştirakçını cəlb edən WUF13 mayın 22-dək davam edəcək. “Dünyada mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən forum davamlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir

Kaynak: trend.az

Diğer Haberler