Tenqri
Ana Səhifə
Dünya

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 322-VIIQD

0 baxışazertag.az
“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Paylaş:

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 322-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 yanvar tarixli 582 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur) 2. Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Enerji effektivliyi informasiya sistemində formalaşan açıq məlumatların “Açıq məlumatlar” portalına ötürülməsini, bu mümkün olmadığı halda daxil edilməsini və həmin məlumatların mütəmadi olaraq yenilənməsini təmin etsinlər 3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən Əsasnamənin 4.4-cü bəndində qeyd edilən ötürülən məlumatların ilkin mənbəyini formalaşdıran dövlət qurumları və təşkilatları ilə birlikdə həmin məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etsinlər və bu barədə ildə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler